"France Football" nəşri tərəfindən mövsümün ən yaxşı qapıçısı seçilən İspaniya millisinin və "Atletik"in futbolçusu Unai Simon qapıçıların futboldakı rolunu qeyri-adi şəkildə xarakterizə edib.
İdman.Biz "L'Equipe"yə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper qapıçıları futbol filminin "mənfi qəhrəmanları" adlandırmasının səbəbini izah edib.
"Mən doğma Murqiya kəndində qapıçı kimi oynamağa başlamışam. Orada ot örtüklü meydançamız var idi. Qışda meydança başdan-başa palçığa çevrilirdi və mən o palçığın içinə tullanmağı çox sevirdim.
"Atletik"ə gələndə mənə başa saldılar ki, qapıçılıq çox vaxt qədirbilinməz işdir. Möhtəşəm oyun keçirə bilərsən, amma son dəqiqədə bir səhvə yol versən, əsas günahkar sən olacaqsan. Eyni zamanda, bütün oyun ərzində heç nə edə bilməyən hücumçu sonda qol vura bilər və dərhal onu dünyanın ən yaxşı futbolçusu adlandırarlar.
Nəticə etibarilə futbol qollardan və tamaşadan ibarətdir. İnsanlar top qapıya daxil olanda bundan zövq alırlar. Buna görə də biz bir növ "mənfi qəhrəmanlarıq", futbolun düşmənləriyik. Çünki qolların vurulmasına mane olur, tamaşaçıları bu həzzdən məhrum edirik", - deyə Simon bildirib.
Qeyd edək ki, Simon 2026-cı ildə İspaniya millisinin heyətində dünya çempionu olub. O, turnirdə keçirdiyi səkkiz oyunda cəmi bir qol buraxaraq bir sıra rekordlara imza atıb.