top
Ülvi İbazadə Xankəndi oyunundan, Prezidentin iştirakından və MOİK-in gələcək planlarından danışdı Idman.biz
26 iyun 2025, 16:10
- ↺ +

Ülvi İbazadə Xankəndi oyunundan, Prezidentin iştirakından və MOİK-in gələcək planlarından danışdı

"Qarabağ"a qarşı keçiridikləri oyun, tarixə həkk olunmuş həmin günlə bağlı MOİK-in futbolçusu Ülvi İbazadənin Teleqraf-a müsahibəsi

- Xankəndidəki oyunu necə xatırlayırsınız?

- Tarixi oyun idi. Həmin azarkeşlər, ab-hava yada düşəndə o həyacanı hiss edirəm. İllər sonra Xankəndidə ilk oyuna çıxırdıq, hiss edirdik ki, tarixə düşəcəyik. Bunları sözlə ifadə etmək olmur.

- Nə zaman bildiniz ki, Prezident İlham Əliyev də oyununu stadiondan izləyəcək?

- Qarşılaşmadan bir həftə öncə bilinirdi. Artıq demişdilər. Bunun özü də həyəcanlı və gözəl idi.

- Rəqib "Qarabağ" kimi Premyer Liqada titullu, MOİK isə I Liqada mübarizə aparan komanda idi. Həm bu amil, həm də dövlət başçısının ilk dəfə ölkədaxili futbol matçında iştirakı sizi nə dərəcədə həyəcanlandırmışdı?

-"Qarabağ"ı bütün dünya tanıyır. Biz də onlarla fəxr edirik. Belə komandaya qarşı oynamaq özü gözəl idi. Əvvəldən soruşsaydılar ki, kiminlə oynamaq istəyirsiniz, biz yenə də hamılıqla onları seçərdik. Çünki adı, şöhrəti var. Onlarla oynamaq xoş idi, nəinki digər klublarla.

- Oyunun əvvəlindən sonuna qədər ciddi müqavimət göstərdiniz. Bu, rəqibin zədə amilinə görə ehtiyatlanmasından, yoxsa sizin onları belə oynamağa məcbur etməyinizdən irəli gəlirdi?

- Məncə, elə meydan rol oynayırdı. "Köhlən atlar"ın bizimlə müqayisədə milyonluq futbolçuları var. Yəqin, istəmirdilər ki, zədə və ya başqa nə isə olsun. Biz də layiqli mübarizə apardıq. Demək olar ki, başabaş oynadıq. Düzdür, uduzduq, bu da gözlənilməz deyildi. Amma ən azından çəkinmədik.

- Bəlkə Ordu klubu olduğunuzdan, sizə hörmətlə yanaşdılar?

- O da ola bilər. Oyunun içində əvvəldən bəlkə də elə düşünmək olardı. Amma ikinci hissədə rəqib komanda qol vurmadıqca başqa cür oynamağa başladı. Hiss edirdik ki, artıq üstümüzə gəlirlər. Həm xarakter, həm də oyun baxımından aqressivləşmişdilər. Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade oyuna girdikdən sonra vəziyyət dəyişmişdi. Yoxsa əvvəldən mübarizə aparırdıq. Yenə də aparırdıq, amma səviyyə fərqi hiss olunurdu.

- Prezident İlham Əliyev topa ilk toxunuş edərkən ötürməni MOİK-ə etdi. Belə fikirlər səsləndi ki, bu, Azərbaycan Ordusunu təmsil edən komandaya bir jest idi...

- Bu barədə bizə heç nə deyilməmişdi. Cənab Prezidentin seçimidir. Bəlkə deyiblər ki, bunlar I Liqa klubudur. Ona görə bizə veriblər, dəqiq bilmirəm. Ötürmə dayaq yarımmüdafiəçi, kapitanımız İsa Zeynallıya verildi.

- Xankəndiyə görüşdən nə qədər müddət əvvəl getmişdiniz?

- Həmin vaxt bizim çempionat oyunumuz da vardı. Yaxşı formada idik. I Liqada 10-11 tur idi ki, uduzmurduq. Bir gün öncə Xankəndiyə getdik. Şuşada oteldə qaldıq, səhəri gün oyundan sonra isə Bakıya döndük. Çünki 4 gün sonra "Şamaxı" ilə də oyunumuz vardı.

- Hərbçilərlə görüşünüz oldumu?

- Xeyr. Komanda şəklində gəzdik. Amma hərbçilərlə ayrı-ayrılıqda görüşümüz olmadı.

- Oyunu izləyənlərin bir çoxu elə hərbçilər idi...

- Bəli, stadionun bir tərəfi bizə azarkeşlik edirdi. İkinci hissədə mən oynadığım tərəfdəki tribunaların çoxu hərbçilər idi, bizi dəstəkləyirdilər.

- İlk dəfə Xankəndi stadionunda olmaq sizdə necə xatirə buraxdı?

- Ora gedərkən həm həyəcan, həm sevinc vardı. İllər sonra düşünürsən ki, tarixə düşəcəksən. Bir az qəribə hislərdir. Həm Şuşa, həm də Xankəndi çox gözəldir. Qismət olar, yenidən o torpalarda oyunlarımız baş tutar. Fərqi yoxdu, "Ordu" və ya başqa bir komanda, təki olsun.

- Hətta belə söhbətlər gəzirdi ki, MOİK Xankəndiyə köçüb oranı təmsil edəcək. Bu barədə sizdə məlumat vardı?

- Əslində bunu bizə "Qarabağ"la oyundan əvvəl də demişdilər. Guya köçə bilərik, filan. Amma olmadı. Qismət olarsa, gedib layiqincə oynayarıq.

- Hazırda çempionat oyunlarınızı keçirdiyiniz Binədə məşq edirsininiz?

- Bəli, hər ikisi orada keçirilir.

- Heyətinizdə yenə əsgərlər var?

- Bəli, var.

- Komandada ümumi vəziyyət necədir?

- Pis deyil. Növbəti mövsümdən daha da yaxşı olar. Bildiyimə görə, büdcə də artıb. Ümid edirəm ki, çempionluğa oynayarıq. Ötən il alınmadı, bu il onun əvəzini çıxarıq.

- Artıq Rusiyadakı MOİK kimi peşəkar kluba çevrilmək məsələsi varmı?

- Yeni rəhbərlik bu işdə çox yaxşıdır. Deyiblər ki, Premyer Liqaya vəsiqə qazanmalıyıq.

- Komandaya yeni baş məşqçi İlham Yadullayev təyin olunub. Yeni futbolçuların cəlb olunması gözlənilirmi?

- Baş məşqçinin təyinatı bir həftə öncə dəqiqləşdi. Komandaya kimin gəlib, kimin gedəcəyini bilmirəm. Yəqin ki, təlim-məşq toplanışında bilinəcək.

- Sizinlə görüşü olubmu?

- Bəli, mənimlə şəxsi görüşü olub. Müqaviləm bitmişdi, o barədə danışdıq.

- Özünüzə başqa klublardan təklif vardımı?

- Premyer Liqadan olmasa da, birinci Liqadan vardı. Bura mənə rahat və xoşbəxt yer olduğundan başqa yerə getmədim. MOİK də müqaviləımi uzatmaq istədi, mən də imzaladım.

- Bu komandada rahatlığı və xoşbəxtliyi nədə görürsünüz?

- Komandanın adı, tarixi bəs edir. Komanda dəyişib ora öyrəşmək, alınıb-alınmaması var. Amma bura artıq öyrəşmişəm. Hər şey pul demək deyil.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:31

Messi 2027-ci ildə Argentina’da River Pleytdə rəqibini görəcək

Futbol
Bu gün, 22:17

Pochettino Manchester Unitedə keçidini danışarkən göz yaşlarını saxlamadı

Futbol
Bu gün, 21:56

De Zerbi "Tottenhem"i sonuncu pillədən xilas etdiyi oktyabr ayından sonra Premyer Liqanın ən yaxşı məşqçisi seçildi

Futbol
Bu gün, 21:43

Azərbaycanın 21 yaşadək futbol millisi noyabrın 14 və 17-də Omana qarşı iki yoxlama oyunu keçirəcək

Boks
Bu gün, 21:42

Anar Məmmədov Superlek'i ilk raundda nokautla məğlub etdi

Olimpiada
Bu gün, 21:39

Azərbaycan paralimpiya rəsmiləri IPC və Avropa Paralimpiya Komitəsi rəhbərləri ilə görüşüblər

Futbol
Bu gün, 21:34

Mançester Yunayted azarkeşləri kapitan Bruno Fernandes'ə qarşı tənqidlə hücum etdilər

Digər
Bu gün, 21:21

Azərbaycanın iki batutçusu dünya çempionatında növbəti mərhələyə yüksəldi

Futbol
Bu gün, 21:06

Rakuv məşqçisi Mahir Emrəli müqayisə etdi: meydanı görmə bacarığı üstün

Futbol
Bu gün, 20:51

Vüqar Nadirov: Milli futbolçuların çətinliyi nəzərə alaraq oyun asan keçməyəcək

Futbol
Bu gün, 20:42

Pep Qvardiola ABŞ milli futbol komandası ilə danışıqlara başlayır

Futbol
Bu gün, 20:28

Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək

Futbol
Bu gün, 20:14

Neqreyra işində son şahid: Barselona B-nin keçmiş məşqçisi Jerar Lopes ifadə verdi, qərar 2027-ci ildə

Futbol
Bu gün, 19:58

Sabiq Beşiktaşlı Valerien İsmael, Havre klubunun baş məşqçisi oldu

Futbol
Bu gün, 19:49

Paris klubunun prezidenti Antuan Arno ilə PSJ rəhbəri Nasser Əl Xəlaifi arasında münasibətlər gərginləşir

Digər
Bu gün, 19:34

“Kür”un xorvatiyalı həndbolçusu: “Rəqibimiz çempionatda daha müntəzəm oynadığı üçün üstünlük qazanır”

Futbol
Bu gün, 19:28

Anton Krivotsyuk Azərbaycan millisinin heyətindən çıxarılıb

Voleybol
Bu gün, 19:12

ORDU, Norveçin FORDE VBK ilə Avro 1/32 finalı üçün cavab oyununa çıxar

Digər
Bu gün, 19:12

Kür baş məşqçisi: 'Məğlubiyyət keçmişdə, cavab oyununda qalib gəlməliyik'

Futbol
Bu gün, 19:07

AFFA Arbitraj Tribunalı “Alanyaspor Baku” futbolçusunun cəzasını azaldı, “Lion”un şikayətini qismən təmin etdi

Digər
Bu gün, 18:59

Əbu-Dabidəki kütləvi dava üzrə hökm: Usman Nurməhəmmədova 6 ay həbs cəzası çəkildi

Futbol
Bu gün, 18:56

AFFA UEFA-ya Ermenistan-Kipr qarşılaşmasında separatçı rəmzlərinin nümayişinə görə etiraz məktubu göndərdi

Futbol
Bu gün, 18:54

Klopp: Milli komanda hazırlığından razıdır, Serbiyaya qarşı oyun üçün əla ab-hava var

Futbol
Bu gün, 18:45

PFL rəhbərliyi Çexiyada Dünya Liqaları Assosiasiyasının konfransında iştirak etdi

Oxşar xəbərlər