top
Ukrayna ilə oyunda Azərbaycan millisinin yeni səkkizinci notu Sport24.az
14 oktyabr 2025, 10:00
- +

"Ukrayna ilə oyunda Azərbaycan millisinin yeni "səkkizinci not"u"

Ceyhun Əliyev, Krakov

 

Millimizin 1 həftəlik Avropa turnesi başa çatdı. Son 3 günü Polşanın Krakov şəhərində keçirən Ayxan Abbasovun drujinası ötən Ukrayna ilə matçda 1:2 heaabı ilə məğlub oldu. İlk dəqiqələrsən təşəbbüsə yiyələnən Sergey Rebrovun yetirmələri layiqli qələbə qazandı. İstər topa nəzarətdə, istər fərdi keyfiyyətdə, istər effektiv ötürmələrdə, istər qapı istoqamətində və çərçivəyə tuş gələn zərbə sayında, istər funksuonal hazırlıqda, istərsə də taktiki savadda nominal meydan sahibləri millimizdən aşkar üstün idi. Yəni, "bəxtimiz gətirmədi" demək kimi bir imtiyazımız yoxdu.

Bəs Azərbaycan millisi nə ilə yadda qaldı?

Futbolun Azərbaycana qədəm açdığı gündən bəri daim Ukrayna futboluna aşağıdan yuxarı baxan komandamız bütün zəiflərin favoritə qarşı etdiyini nəhayət ki, ortaya qodu. Söhbət əzmkar mübarizədən gedir. Futbolçularımız meydanın hər qarışı uğrunda döyüşdü. Bəli, Fransa matçının yorğunluğu fiziki cəhətdən uşaqlarara istədiklərini nümayiş etdirməyə imkan vermirdi. Lakin yorğunluğa rəğmən, futbolçularımız mümkün olan hər şeyi edirdi. Məsələn, Abdulla Xaybullayev. Fransaya qarşı matçda inanılmaz enerji sərf edən yarımmqdafiəçi təravətli oyun nümayiş etdirə bilmirdi, gücü çatmırdı. Elə həmin fransızlara qarşı oyunu ilə ən xoş sözlərə layiq gördüyümüz Bəhlul Mustafazadə də o deyildi. Bu görüşü Toral Baytamovun da aktivinə yaza bilməyəcəyik. Bacarığına bələdik, müydanda canını da qoydu, ancaq ayaqları sözünə baxmırdı. Ancaq Emin Mahmudov bu gün daha dinamik və ağıllı oynayırdı. Ən xoş sözlərə Elvin Cəfərquliyev də layiqdi. Maşallah olsun, deyəsən, həm də müdrikləşir, boş-boş sarı və qırmızı vərəqəlik hərəkət etmir.

Komandamız ikinci qolu buraxdıqdan sonra özündə təpər tapıb oyunun müəyyən hissəsində Ukraynanın qapısını mühasirəyə ala bildisə, bu, artıq yeni, "8-ci not" idi… Bəli, icra edənlərin bəzən gec qərar verməsi, müəyyən hallarda isə texniki cəhətdən axsaması həmin vaxt kəsiyində real qol fürsəti yaratmağa imkan vermədi, ancaq bu, artıq pozitivə doğru xoş siqnaldı.

Sonda yenidən musiqiyə müraciət edəcəm. Heç bir orkestr dirijorsuz tamaşaçının ruhunu oxşaya bilməz. Bax, millimizin yeni "dirijor"u da bu yola start verib. Ayxan Abbasov orkestr ilə ilk tanışlıqdan musiqinin keyfiyyətini yaxşılaşdırdı. Ancaq hələ ifaçıların eyni notlar üzərində keyfiyyətli musiqi ifa edən orkestrə çevrilməsi istiqamətində xeyli yol qət edilməlidi. Elə matçsonrası mətbuat konfransında baş məşqçiyə "biz Millətlər Liqasının D divizionuna düşən milli görmüş adamlarıq və indiki halda komandamızda əzmkarlıq və effektiv müdafiə olunma kimi irəliləyişi müşahidə edirik. Ancaq "iştah diş altındadı" və daha kreativ hücumlar qurmağı nə zaman öyrənəcəyimizə dair sual ünvanlamaq istəyirəm" sualını verdim. Mütəxəssisin cavabını musiqi dilinə çevirsək təxmini belə alındı: "Biz qaranlığın simfoniyasını aydınlığa çıxarmağa çalışırıq və bu yöndə kifayət qədər iş görmüşük". Qatılıram, Ayxan bəy, amma bir şərtlə: hər növbəti matçda millimiz öncəki oyundan çox yox, 1 faiz daha yaxşı görünsün.


Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər