top
Maksim Medvedevdən Azərbaycan - Ukrayna oyununa münasibət: Millinin belə oyununu nadir hallarda görmüşük Report.az
14 oktyabr 2025, 13:47
- ↺ +

Maksim Medvedevdən Azərbaycan - Ukrayna oyununa münasibət: "Millinin belə oyununu nadir hallarda görmüşük"

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində ötən gün Ukraynaya (1:2) qarşı sərgilədiyi oyun nadir hallarda görünüb.

Bunu "Report"a millinin və "Qarabağ"ın sabiq kapitanı Maksim Medvedev deyib.

O, futbolçuların baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıqlarını vurğulayıb:

"Millinin belə oyununu nadir hallarda görmüşük. Ukrayna yaxşı komandadır, keyfiyyətli futbolçuları var və taktikamız sırf buna uyğun idi. Oyunu müdafiədən qurub sürətli hücumlara çıxmaq cəhdləri bəzi məqamlarda yaxşı alınırdı. Məsələn, qol epizodunu xatırlasaq, Elvin Cəfərquliyevin keçidi və yaxşı ötürməsindən sonra hesabı bərabərləşdirdik. Hiss olunurdu ki, uşaqlar baş məşqçinin tapşırığını yerinə yetirməyə çalışırlar. Baxmayaraq ki, topla çox oynaya bilmirdilər. Üstünlük Ukrayna komandasında idi və oyunu idarə edirdilər. Bu da normaldır. Çünki səfərdə Ukrayna yığmasına qarşı açıq futbol oynamaq çətin olar".

Sabiq müdafiəçi komandanın təhlükəli epizodlar yaratmağa çalışmasının sevindirici məqam olduğunu söyləyib:

"İkinci qoldan sonra millimiz tam başqa - daha fəal və hücumameyilli futbol göstərməyə başladı. İkinci zonada cinah yerdəyişmələri ilə hücumlar qurmağa çalışırdılar. Bəlkə də belə oyun çox adamın xoşuna gəldi, çünki ötürmələrin sayı artmışdı. Konkret təhlükəli epizodlar yaratmağa çalışırdıq ki, bu da sevindirici haldır. Bunu edə bilməyimiz şəxsən mənim xoşuma gəldi. Həm sağ, həm də sol cinah fəal işləyirdi. Komanda hesabda 1:2 geridə olarkən, itiriləcək heç nə qalmadığı üçün hücuma keçirdi. Belədə oynumuz daha məzmunlu alınırdı. İnanıram ki, növbəti qarşılaşmalarda da bunu təkrarlayacağıq. Hiss olunurdu ki, oyunçular vuruşurlar. Hücum qura bilirdik, mübarizə aparırdılar. Belə davam etsə, daha möhkəm milli görəcəyimizə əminəm".

M.Medvedev Ayxan Abbasov baş məşqçi təyin olunduqdan sonra komandadakı dəyişikliklərlə bağlı fikirlərini də bölüşüb:

"Bir çox məşqçi Azərbaycan millisinə gələndə "beşli müdafiə"yə üstünlük verirdi. Amma sırf sistem qurmaq kifayət etmir. Ayxan Abbasov ya rəqibləri çox yaxşı təhlil edir, ya da komandanı düzgün şəkildə başa salır. Futbolçuların vəzifəsini, hansı zonanı bağlamalı və rəqiblərə necə nəzarət etməli olduqlarını anladıb. Bu, meydanda da görünürdü. Məsələn, oyun sağ cinahda davam edəndə, soldakı futbolçu hücuma qoşulurdu. Amma əvvəllər belə hala rast gəlmirdik. Ara ötürmələrindən nadir hallarda istifadə edirdik. Futbolçular hücum zamanı passiv qalırdı. Məncə, əvvəlki sistem qalıb. Baş məşqçi, sadəcə, sistemin detallarını yaxşılaşdırıb deyə, oyun bir qədər fərqli görünür".

Qeyd edək ki, Azərbaycan millisi Polşanın Krakov şəhərində Ukraynaya 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında sentyabrın 9-da Bakıda baş tutan görüş isə 1:1 hesabı ilə nəticələnib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Oxşar xəbərlər