İspaniya təmsilçisi "Real"ın qapıçısı Tibo Kurtua klubla müqaviləsinin müddətini uzatmaq istəmir.
"Report" "El Nacional"a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Madrid təmsilçisindən ayrılandan sonra karyerasını bitirə bilər.
Belçikalı oyunçunun Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi ehtimallar arasındadır. Kurtuanın peşəkar karyerasına bağladığı "Genk"ə qayıtmaq variantı da istisna edilmir.
Qeyd edək ki, Tibo Kurtua 2018-ci ildə "Kral klubu"nun formasını geyinir.