Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti növbəti dəfə Neymarın milliyə qayıda biləcəyindən danışıb. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis bununla bağlı "Reuters"ə açıqlama verib:
"Neymar heç bir problem olmadan bu komandada ən yüksək səviyyədə oynaya bilər. O, yaxşı fiziki vəziyyətdə olanda istedadını nəzərə alsaq, təkcə Braziliyada deyil, dünyanın istənilən komandasında oynamaq üçün bütün lazımi keyfiyyətlərə malikdir".
Qeyd edək ki, hazırda "Santos"un formasını geyinən 33 yaşlı futbolçu 2023-cü ildən millidə çıxış etmir.