UEFA Gənclər Liqasının 2026/27 mövsümünün Çempionlar yolu üzrə püşkatma mərasimi reallaşıb. Sport24.az xəbər verir ki, püşkün yekununa görə, "Qarabağ"ın U-19 komandasının ikinci mərhələdəki rəqibi Xorvatiya təmsilçisi "Dinamo" (Zaqreb) olub.
Bu cütlük arasında ilk qarşılaşma oktyabrın 28-də Bakıda, cavab matçı isə noyabrın 4-də Zaqrebdə tutacaq.