top
Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi Idman.biz
Bu gün, 14:29
- ↺ +

Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi

"Hər iki yaş qrupu üzrə millilərimiz qrupun ilk oyunlarında böyükhesablı məğlubiyyətlərlə üzləşsələr də, turnirin son görüşlərində xal qazanmağı bacardılar. Müdafiə xəttində ciddi boşluqlar və nəticə baxımından qeyri-sabitliklə yadda qalsalar da, son turlarda nümayiş etdirilən mübarizə əzmi müəyyən nikbinlik yaradır".

Bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov U-17 və U-19 yığmalarımızın Avropa çempionatlarının birinci raundundakı çıxışlarını dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis aşağı yaş qrupları üzrə seçmələrimizin üzləşdiyi çətinliklərdən, fiziki hazırlıq və səviyyə fərqindən, həmçinin son matçlarda göstərilən xarakterdən söz açıb.

"Ən vacibi isə, hesab edirəm ki, futbolçularımız xarakter nümayiş etdirdilər. Son oyunlarda psixoloji cəhətdən ağır vəziyyətə düşmədilər, özlərini toparlayaraq hər iki komanda rəqibləri ilə qarşılaşmalarda potensialını ortaya qoyub xal qazanmağı bacardı.

Ümumilikdə götürdükdə, istər-istəməz səviyyə fərqinin hiss olunduğunu görürük. Fiziki hazırlıq da müəyyən mənada öz təsirini göstərirdi. Səviyyə fərqindən danışarkən, xüsusilə U-17 millimizdə Almaniyanı əvvəlcədən qrupun lideri kimi görürdük. Şimali İrlandiya ilə qeyri-sabit oyun nümayiş etdirən komandamız, buna baxmayaraq, ilk yarıda və təxminən 60-cı dəqiqədə buraxılan qola qədər özünü ən yaxşı tərəfdən göstərə bilmişdi. Son oyundakı dönüş isə gələcəyə nikbin baxmağa imkan verir. Litva ilə 1:1 hesablı heç-heçə də komandanın mübarizəni sonadək davam etdirdiyini göstərdi.

U-19 millisinə gəlincə, püşkatmadan sonra düşünmək olardı ki, ən azı ikinci, üçüncü yer uğrunda mübarizə aparmaq mümkündür. Ancaq ilk matçlar göstərdi ki, qrupun favoritləri Serbiya və Monteneqrodur. Serbiya həm reytinq baxımından bizdən üstün olduğu, həm də ev sahibi olduğu üçün favorit hesab edilirdi. Monteneqronun püşkatmada birinci səbətdə yer alması isə bu komandanın da iddialı və böyük hədəfləri olan kollektiv olduğunu göstərirdi. Sonda da elə alındı ki, bu qrupdan cəmi bir kollektiv növbəti mərhələyə yüksəldi və həmin komanda Monteneqro oldu.

Ümumi qiymətləndirməyə gəldikdə, hər iki komandanın nəticələri aşağı yaş qruplarında ilk növbədə beynəlxalq oyun təcrübəsinin az olduğunu, fiziki hazırlıq səviyyəsinin Avropa standartlarından geri qaldığını göstərir. Digər tərəfdən, böyükhesablı məğlubiyyətlər düşündürücü olsa da, futbolçuların turnirin son oyunlarında təslim olmayaraq xal və qələbə qazanmaları gələcək inkişaf baxımından önəmli təcrübədir", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Elgiz Kərəmlinin baş məşqçilik etdiyi U-19 millisi Avropa çempionatının 1-ci raundunda Monteneqroya 2:7, Serbiyaya 0:4 hesabı ilə uduzub, Farer adalarını isə 2:0 hesabı ilə məğlub edib. U-17 yığmamız isə Almaniyaya 0:7, Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olub, Litva ilə 1:1 hesablı heç-heçə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:34

İsveç, Rusiyalı idmançıların yarışlara qatılmasını məhdudlaşdırmaq niyyətində

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Voleybol
Bu gün, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simplex SSS komandası daha ciddi rəqibdir

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Futbol
Bu gün, 11:53

Premyer Liqanın 18 klubu “Mançester Siti”nin sponsorları ilə bağlı hüquqi müdafiəni dəstəklədi

Oxşar xəbərlər