top
UEFA FIFA-ya ultimatum: İnfantino və idarəçiliyi barədə sənədlər tələb olunur Idman.biz
Dünən, 22:32
- ↺ +

UEFA FIFA-ya ultimatum: İnfantino və idarəçiliyi barədə sənədlər tələb olunur

UEFA FIFA-nın idarəetmə və qərar qəbuletmə prosesləri ilə bağlı bir sıra ciddi suallar qaldıraraq dünya futbol qurumundan müvafiq sənədlərin təqdim edilməsini tələb edib.

İdman.Biz BBC Sport-a istinadən xəbər verir ki, UEFA FIFA-ya noyabrın 2-dək vaxt verib. Tələblər qurumun baş katibi Teodor Teodoridisin göndərdiyi məktubda əksini tapıb.

BBC Sport-un əldə etdiyi sənəddə FIFA-nın bir sıra fundamental suallara cavab vermədiyi vurğulanıb:

"Bəzi suallar hələ də cavabsız qalır, tələb olunan məlumat və sənədlər isə təqdim edilməyib".

Səkkiz səhifəlik suallar toplusunda FIFA Forward Enterprise (FFE) layihəsinə özəl investisiyaların cəlb edilməsi, FIFA-nın Sülh mükafatı və dünya çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloquna verilən mübahisəli şərti cəza da yer alıb.

UEFA-nın məktubunda FFE layihəsindən imtina edilməsinin və mümkün idarəetmə islahatlarının elan olunmasının əvvəlki qərarlarla bağlı sualları aradan qaldırmadığı qeyd edilib:

"FFE layihəsindən imtina, səhvlərin etiraf edilməsi və mümkün idarəetmə islahatlarının elan olunması müvafiq qərarların necə qəbul edildiyini və FIFA Şurasının niyə lazımi mərhələdə prosesə cəlb olunmadığını izah etmir".

Avropa futbol qurumu tələb olunan məlumatların gizlədilməsinin hər bir halda ayrıca əsaslandırılmalı olduğunu da diqqətə çatdırıb:

"Bu suallar indi cavablandırılmalıdır. Onları FIFA Şurasının növbəti iclasına qədər təxirə salmaq olmaz. Gələcək idarəetmə islahatları artıq qəbul edilmiş qərarların araşdırılmasını və onlara görə məsuliyyətin müəyyənləşdirilməsini əvəz edə bilməz".

Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino ötən həftə qurumun Şurasının iclasında dünya çempionatı ilə bağlı kommersiya planına görə üzr istəyib. Lakin təşəbbüsün hansı şəraitdə hazırlandığı barədə ətraflı izahat verməyib.

İngiltərə Futbol Assosiasiyasının sədri, FIFA-nın vitse-prezidenti Debbi Hyuitt isə İnfantinonun sualları cavablandırmaması halında onun FIFA prezidenti vəzifəsinə uyğunluğunun şübhə altına düşəcəyini bildirib.

UEFA müəyyənləşdirilən müddətdə cavab almayacağı təqdirdə hansı addımları atacağını açıqlamayıb. FIFA-dan isə məsələyə münasibət istənilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Futbol
Dünən, 22:27

Monza 4-0 ilə Kalya'yı məğlub edərək məğlubiyyətsiz seriyasını dayandırdı

Futbol
Dünən, 22:25

Kriştianu Ronaldonun Portuqaliya milli komandası oyunlarından bir ay müddətinə uzaqlaşdırılması

Futbol
Dünən, 22:25

“Sabah” – “Borussiya” oyununa görə marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Futbol
Dünən, 22:18

Flik PSG qarşısında Luis Enrikenin işini yüksək qiymətləndirib

Futbol
Dünən, 22:16

Ronaldo 30 gün kənarlaşdırıldı və 255 avro cərimələndi

Digər
Dünən, 22:03

Qətarda keçiriləcək beynəlxalq turnirdə iki Azərbaycan taekvondoçusu rəqabət aparacaq

Futbol
Dünən, 21:58

Mbappe "Onze d'Or" mükafatını aldıqdan sonra futbol əfsanələri ilə müqayisə etdi

Oxşar xəbərlər