top
UEFA Çempionlar Liqası: “Real Madrid”, PSJ və “Arsenal” 1/4 finala yüksəldi - Nəticələr və Video Idman.biz
18 mart 2026, 01:57
- ↺ +

UEFA Çempionlar Liqası: “Real Madrid”, PSJ və “Arsenal” 1/4 finala yüksəldi - Nəticələr və Video

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya) arasında keçirilən ikinci oyun başa çatıb. İspaniya komandası 2:1 hesablı qələbə qazanıb. Oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub.

22-ci dəqiqədə Vinisius Junior penaltidən zərbə ilə qonaqları irəli çıxarıb. Erlinq Holand 42-ci dəqiqədə "Siti"nin bərabərlik qolunu vurub. Vinisius 90+3-cü dəqiqədə ikinci qolunu vurub.

İlk oyunda "Real Madrid" "Mançester Siti"ni 3:0 hesabı ilə məğlub etmişdi.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ikinci oyunu "Çelsi" (İngiltərə) və "Pari Sen-Jermen" (Fransa) arasında keçirilən oyun başa çatıb. Oyun Londondakı "Stemford Bridc" stadionunda keçirilib. PSJ 3:0 hesabı ilə qalib gəlib (ümumi hesab 8:2).

Xviça Kvaratsxeliya 15-ci dəqiqədə hesabı açıb. Bredli Barkola 15-ci dəqiqədə hesabı artırıb. 62-ci dəqiqədə Senni Mahulu hesabı tamamlayıb.

İlk oyunda PSJ "Çelsi"ni 5:2 hesabı ilə darmadağın etmişdi.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal" (İngiltərə) və "Bayer" (Almaniya) arasında keçirilən ikinci oyun başa çatıb. Hakim Denni Makkeli olub. İngiltərə klubu matçı 2:0 hesabı ilə qazanıb.

36-cı dəqiqədə "Arsenal"ın cinah oyunçusu Ebereçi Eze cərimə meydançasının xaricindən zərbə ilə hesabı açıb. Yarımmüdafiəçi Deklan Rays 63-cü dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb.

İlk oyunda komandalar 1:1 hesablı heç-heçə etdilər. Beləliklə, "Arsenal" Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb və burada "Sportinq"lə qarşılaşacaq.

00:27

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilib.

"Sportinq" Portuqaliyada Norveçin "Bodo-Qlimt" klubunu qəbul edib. Bu komandalar arasında Norveçdə keçirilən ilk oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitmişdi.

"Sportinq"dən Qonsalu İnasiu 34-cü dəqiqədə heabı açıb. 61-ci dəqiqədə Pedru Qonsaleş ikinci qolu vurub – 2:0. 79-cu dəqiqədə Luis Suares üçüncü topu norveçlilərin qapısından keçirib – 3:0. Əlavə vaxtın 92-ci dəqiqəsində Maksimiliano Vilçes "Sportinq"in dördüncü oluna imza atıb. 120+1-də Rafael Nel oyunda son nöqtəni qoyub – 5:0.

Beləliklə, "Sportinq" Çempionlar Liqasının dörddəbir finalına vəsiqə qazanıb.

09:20

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
17 mart
21:45. "Sportinq" (Portuqaliya) - "Budo-Qlimt" (Norveç)

İlk oyun - 0:3

23:59. "Arsenal" (İngiltərə) - "Bayer Leverkuzen" (Almaniya)
İlk oyun - 1:1

23:59. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 2:5

23:59. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya)
İlk oyun - 0:3

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər