top
UEFA Çempionlar Liqası: Qarabağ - Nyukasl matçı başlayır Idman.biz
18 fevral 2026, 21:45
- +

UEFA Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçı başlayır

Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" və "Nyukasl Yunayted" arasındakı matç start götürüb.

İdman.Biz bildirir ki, oyunu norveçli FIFA referisi Espen Eksos idarə edir.

21:28

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" klublarının oyunçuları isinmək üçün Tofiq Bəhramov adına Respublika stadionuna çıxıblar.

Qeyd edək ki, görüş bu gün, saat 21:45-də start götürəcək.

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və İngiltərənin "Nyukasl" klublarının start heyətləri bəlli olub.

İdman.Biz-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

"Nyukasl": Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.

Qeyd edək ki, görüş bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

09:13

Bu gün "Qarabağ" ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Azərbaycan çempionu tarixi görüşdə İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı Norveçdən olan FIFA referisi Espen Eskos idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda İngiltərənin "Çelsi" və ya İspaniyanın "Barselona" klublarından biri ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər