top
UEFA Avropa Liqası: Pley-off mərhələsinin ilk oyunlarının nəticələri Idman.biz
20 fevral 2026, 02:07
- +

UEFA Avropa Liqası: Pley-off mərhələsinin ilk oyunlarının nəticələri

Avropa Liqasının pley-off mərhələsinin "Seltik" (Şotlandiya) və "Ştutqart" (Almaniya) komandaları arasında keçirilən ilk oyun başa çatıb. Qlazqodakı "Seltik Park"da keçirilən oyun qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

15-ci dəqiqədə almaniyalıların yarımmüdafiəçisi Bilal El Hannus hesabı açıb. Altı dəqiqə sonra "Seltik"in hücumçusu Benjamin Nyuqren hesabı bərabərləşdirib. 28-ci dəqiqədə El Hannus qonaqları yenidən irəli çıxarıb. 57-ci dəqiqədə hücumçu Ceymi Levelinq "Ştutqart"ın üstünlüyünü artırıb. Artırılmış vaxtda hücumçu Tyaqo Tomas yekun hesabı müəyyən edib.

Digə oyunlar belə yekunlaşıb:

"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) - 2:1
Qollar: Kvadvo Dua (24), Son (67); Yusuf Bamidele (27)

"Viktoriya" (Çexiya) - "Panatinaikos" (Yunanıstan) - 2:2
Qollar: Endryus Tette (31, 61); Denis Vişinski (11), Tomaş Ladra (80)

"Lill" (Fransa) - "Srvena Zvezda" (Serbiya) - 0:1
Qol: Franklin Tebo Uçenna (45+1)

23:46

UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilib.

İdman.Biz bildirir ki, İstanbulun "Fənərbağça" klubu İngiltərənin "Nottingem Forest" komandasını qəbul edib. Matç 3:0 hesabı ilə qonaqların xeyrinə qurtarıb.

Oyunda hesabı 21-ci dəqiqədə Murilyo açıb. 43-cü dəqiqədə İqor Jezus hesab arasındakı fərqi artırıb. 50-ci dəqiqədə Morqan Gibbs-Uayt yekun hesabı müəyyən edib.

Pley-offun digər oyununda "Dinamo Zaqreb" (Xorvatiya) "Genk" (Belçika) ilə qarşılaşıb. Matç 3:1 hesabı ilə belçikalıların xeyrinə qurtarıb. Qolları meydan sahiblərindən Dion Belyo (44), qonaqlardan isə Brayan Heynen (15) və Zakariya El-Uahdi (21, 90) vurublar.

Norveçin "Brann" klubu İtaliyanın "Bolonya" klubunu qəbul edib. İtalyanlar 9-cu dəqiqədə Santyaqo Kastronun vurduğu qolla 1:0 qalib gəliblər.

Yunanıstanın PAOK komandası isə İspaniyanın "Selta"sı ilə üz-üzə gəlib. Oyun 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Selta Viqo"nun hücumçusu İaqo Aspas matçın ilk qolunu 34-cü dəqiqədə vurub. Yarımmüdafiəçi Villot Svedberq 43-cü dəqiqədə qonaqların fərqini ikiqat artırıb. PAOK-un hücumçusu Aleksandr Yeremeyev 78-ci dəqiqədə hesabı 1:2 edib.

09:38

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə start verilir.

İdman.Biz xəbər verir ki, pley-off mərhələsinin ilk səkkiz oyunu baş tutacaq.

Bügünkü qarşılaşmaların siyahısını təqdim edirik.

UEFA Avropa Liqası
Pley-off mərhələsi
19 fevral

21:45. "Dinamo Zaqreb" (Xorvatiya) - "Genk" (Belçika)
21:45. PAOK (Yunanıstan) - "Selta" (İspaniya)
21:45. "Brann" (Norveç) - "Bolonya" (İtaliya)
21:45. "Fənərbağça" (Türkiyə) - "Nottinqem Forest" (İngiltərə)
23:59. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)
23:59. "Viktoriya" (Çexiya) - "Panatinaikos" (Yunanıstan)
23:59. "Lill" (Fransa) - "Srvena Zvezda" (Serbiya)
23:59. "Seltik" (Şotlandiya) - "Ştutqart" (Almaniya)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər