UEFA Albaniya Futbol Federasiyasına qarşı intizam işi açıb. Sport24.az xəbər verir ki, buna Almaniyada keçirilən Avropa çempionatının I turunda alban azarkeşlərin davranışı səbəb olub.
Fanatlar İtaliya ilə oyunda meydana əşyalar atmaq, pirotexniki vasitələrdən istifadə etmək və təxribat xarakterli şüarlara görə ittiham olunurlar.
Qeyd edək ki, iyulun 14-də baş tutan qarşılaşma İtaliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.