"Qarabağ" növbəti oyununa hazırlığını davam etdirir.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi "Azərsun Arena"da keçirilən məşqdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Hazırlıq prosesində komandanın sabiq futbolçusu Riçard Almeyda da iştirak edib.
Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq. Noyabrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.