Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero "Sampdoriya"nın heyətində iki qol vurdu.
QOL.az xəbər verir ki, o, İtaliya B seriyasında 13‑cü turda "Padova" ilə səfər matçında dubl edib.
18 yaşlı hücumçu 19‑cu və 84‑cü dəqiqələrdə rəqib qapısına yol tapıb. "Sampdoriya" bu qollar sayəsində 2:1 hesabına qalib gəldi. Mezzotero matçda əvəzlənmədən oynayıb.
Bu, gənc hücumçunun "Sampdoriya"ın əsas komandasında vurduğu dördüncü qol oldu. O, ötən tur "Benevento" ilə oyunda da qol vurmuşdu.