Alisson Beker UEFA Çempionlar Liqasında "Liverpul"un heyətində qol ötürməsi verən ilk qapıçı olub.
QOL.az xəbər verir ki, bu barədə "OptaJoe" statistik portalı məlumat yayıb.
Braziliyalı qolkiper Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Brügge" ilə keçirilən görüşdə (3:0) məhsuldar ötürmə edib. O, 82-ci dəqiqədə Aleksander İsakın qoluna assist edib.
Qeyd edək ki, bu qələbədən sonra 12 xala malik "Liverpul" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 9 xalı olan "Brügge" isə 13‑cüdür.