Qəbələdə təlim-məşq toplanışında olan U-20 millimiz bu gün yoldaşlıq oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Rui Jorjenin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.
Qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.
Qeyd edək ki, U-20 toplanış çərçivəsində növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiyaya qarşı keçirəcək.