Türkiyəli məşhur idman şərhçisi və keçmiş futbol hakimi Ahmet Çakar Azərbaycanda arzuolunmaz şəxs elan edilib və onun ölkə ərazisinə girişinə qadağa qoyulub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, Türkiyə Respublikasının 31 vətəndaşı Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq arzuolunmaz şəxs elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.
Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.