top
Turan Tovuzun müdafiəçisi Emmanuel Hakman: Hər oyunu qazanmağa fokuslanmışıq Idman.biz
16 aprel 2026, 12:29
- ↺ +

"Turan Tovuz"un müdafiəçisi Emmanuel Hakman: "Hər oyunu qazanmağa fokuslanmışıq"

"Liqadakı hər bir kluba hörmətlə yanaşırıq. "Araz-Naxçıvan" yaxşı komandadır".

Bunu "Turan Tovuz"un toqolu müdafiəçisi Emmanuel Hakman futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Tovuz şəhər stadionunun süni ot örtüyünün təbii örtüklə əvəzlənməsi gələcək nəticələrinizi daha da yaxşılaşdırmağa şərait yaradacaqmı? Maraqlıdır, Azərbaycanda ən çox hansı meydançada oynayanda əziyyət çəkirsiniz?

– Hər bir oyunçu təbii örtükdə oynamağa üstünlük verir, çünki bu, süni örtüklə müqayisədə zədələri azaldır. Bəli, gələcək nəticələrimizə də müsbət təsir edəcəyini düşünürəm. Sualın ikinci hissəsinə gəlincə, "İmişli"nin ev oyunlarını keçirdiyi Qubadakı meydança futbol oynamaq üçün ən çətin meydançadır.

– Növbəti turda "Araz-Naxçıvan"ın qonağı olacaqsınız. Rəqibin də avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə apardığını nəzərə alsaq, kimin qalib gəlmək şansı daha çoxdur?

– Liqadakı hər bir kluba hörmətlə yanaşırıq. "Araz-Naxçıvan" yaxşı komandadır. Ona görə də onlara qarşı digər komandalarla oyunlarda olduğu kimi, ciddi hazırlaşacağıq. Ümid edirəm ki, qalib gələn tərəf biz olacağıq.

– Hazırda turnir cədvəlində "Qarabağ"dan cəmi 4 xal geridəsiniz. Qalan turlarda məqsəd 3-cü pillədəki mövqeyinizi qorumaq olacaq, yoxsa ikincilik uğrunda mübarizə aparacaqsınız?

– Biz ayrı-ayrılıqda hər oyunu qazanmağa fokuslanmışıq. Hazırda yalnız "Araz-Naxçıvan" üzərində qələbə haqda düşünürük. Hansı yeri tutacağımızı mövsümün sonunda görəcəyik.

– Daha sonra "Zirə" ilə kubokun yarımfinal mərhələsinin cavab oyununa çıxacaqsınız. İlk matçda qeydə alınan nəticədən (0:2) sonra finala çıxmaq şansınız nə dərəcədə realdır?

– Açığı, bizi çətin oyun gözlədiyini düşünürəm. Amma inanırıq ki, finala çıxa bilərik. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Yayda keçiriləcək dünya çempionatında kimə azarkeşlik edəcəksiniz və hansı milli komandanı çempionluğa əsas namizəd hesab edirsiniz?

– Mən Qananı dəstəkləyirəm. Ona görə də Qana yığmasının qalib gələcəyini düşünürəm (gülür).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Dünən, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Dünən, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Oxşar xəbərlər