Misli Premyer Liqasının VI turu çərçivəsində baş tutan "Turan Tovuz" - "Kəpəz" qarşılaşması başa çatıb.
İdman.biz xəbər verir ki, oyun tovuzluların 3:0 hesabı ilə bitib.
17:36
"Turan Tovuz" "Kəpəz"lə qarşılaşmanın ikinci hissəsi başlayan kimi 3-c qolunu vurub.
qolu 46-cı dəqiqədə Filip Ozobiç vurub.
17:19
İdman.biz xəbər verir ki, 4 dəqiqə ərazində - 36-cı dəqiqədə vurulan 2-ci qolun müəllifi Joarlem Santos olub.
17:08
"Turan Tovuz" "Kəpəz"lə qarşılaşmada hesabı açıb.
İdman.biz xəbər verir ki, qolu 32-ci dəqiqədə Aleks Souza vurub.
16:30
Misli Premyer Liqasında VI turun son günündə ilk qarşılaşma başladı.
İdman.biz xəbər verir ki, "Turan Tovuz" Bakıda "Kəpəz"i qəbul edir.
15:40
Bu gün Misli Premyer Liqasının VI turu çərçivəsində qarşılaşacaq "Turan Tovuz" və "Kəpəz" komandalarının start heyətləri açıqlanıb.
İdman.biz xəbər verir ki, matç saat 16:30-da "Azersun Arena"da start götürəcək.
Komandalarının start heyətləri:
"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev
"Kəpəz": 22. Məmməd Hüseynov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 19. Otar Aptsiauri 38. Cefferson Bentu 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 15. Raul Məmmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 10. Ryonosuke Ohori 55. Kresus Donqo
Məşqçi: Xaliq Mərdanov
09:00
Bu gün Misli Premyer Liqasında VI tura yekun vurulacaq.
İdman.biz xəbər verir ki, turun son günündə 2 oyun keçiriləcək.
Günün ilk matçına Bakıda start veriləcək. "Turan Tovuz" komandası "Azersun Arena"da "Kəpəz"i qəbul edəcək.
Turun son oyunu isə "Bank Respublika Arena"da başa çatacaq. "Sabah" "Sumqayıt"la qarşılaşacaq.
Misli Premyer Liqası
VI tur
28 sentyabr (bazar)
16:30. "Turan Tovuz" - "Kəpəz"
Baş hakim: İnqilab Məmmədov
Azersun Arena
19:00. "Sabah" - "Sumqayıt"
Baş hakim: Əliyar Ağayev
Bank Respublika Arena
Qeyd edək ki, turun daha əvvəl keçirilmiş oyunlarda "Qarabağ" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib. "İmişli" – "Zirə" (1:1), "Şamaxı" – "Araz-Naxçıvan" (1:1) və "Neftçi" – "Karvan-Yevlax" (0:0) matçlarında isə qalib müəyyənləşməyib.