Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında VI tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat turunun son günündə azarkeşlər mövsümün ilk qərb derbisini izləyəcəklər.
"Turan Tovuz" "Azersun Arena"da "Kəpəz"i qonaq edir. Liderlər qrupunda yer alan nominal meydan sahiblərindən fərqli, qonaqlar geridə qalan 5 turu məğlub vurmaqla turnir cədvəlinin zirzəmisində lövbər salıb. Ötən tur Adil Şükürov da baş məşqçi postundan göndərildi. Onun gedişi komandaya necə təsir edəcək? Bu sualın cavabına 90 dəqiqənin tamamında cavab tapılacaq.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
"Turan Tovuz" - "Kəpəz" 2:0 (Birinci hissə)
Qol: Aleks Souza, 32, Joarlem Santos, 35
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
VAR: Kamal Umudlu
AVAR: Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "Azersun Arena".
"Turan Tovuz": 1. Oleq Baklov 29. Filip Ozobiç 88. Faiq Hacıyev (k) 5. Roderik Miller 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 99. Vadji İbrahima
Baş məşqçi:Kurban Berdiyev
"Kəpəz": 22. Məmməd Hüseynov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska 24. Olavale Onanuqa 12. Mahamadu Ba (k) 19. Otar Aptsiauri 38. Cefferson Bentu 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 1. Kaçper Rosa 99. Əli Səmədov 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 17. Ümid Səmədov 15. Raul Məmmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 10. Ryonosuke Ohori 55. Kresus Donqo
Baş məşqçi:Xaliq Mərdanov