Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma paytaxtda baş tutacaq.
"Turan Tovuz" "Azersun Arena"da "İmişli"ni qonaq edir. Hazırda 40 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan nominal meydan sahibləri bu görüşdən 3 xalla ayrılacağı təqdirdə ən yazın izləyicisi "Zirə"dən bir qədər uzaqlaşıb ilk "üçlük"də mövqeyni möhkəmləndirəcək. Qonaqlar qələbə qazanacağı halda isə təhlükəli zonadan bir qədər uzaqlaşaraq, rahat nəfəs ala biləcək.
Qeyd edək ki, qarşılaşmanın srat fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XXII tur
16:30. "Turan Tovuz" - "İmişli" 0:0 (İkinci hissə)
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Bakı. "Azersun Arena".
"Turan Tovuz": 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 90. Joarlem Santos 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdiyev
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya