top
Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir Idman.biz
27 oktyabr 2026, 13:14
- ↺ +

Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir

"Baku Sportinq"lə oyuna çox ciddi hazırlaşmışdıq. Çünki "Mingəçevir"lə görüşdə də qalib gəlmişdik. Növbəti oyuna da qələbə əhval-ruhiyyəsi ilə çıxmışdıq. Komandamızda ruh yüksəkliyi hiss olunur".

Bu sözləri Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq "Şimal" klubunun baş məşqçisi Tural Cəlilov deyib.

Xaçmaz təmsilçisinin çalışdırıcısı komandasının son oyunlardakı uğurlu seriyasını dəyərləndirib və Premyer Liqa təmsilçisi ilə keçiriləcək kubok matçından gözləntilərini bölüşüb.

"Uşaqların həvəsi günü-gündən artır, nəticələr qazanacağımıza inamımız daha da güclənir. Çünki son üç oyunda məğlub olmamışıq və iki qələbə qazanmışıq. Uğurlu seriyanı qoruyub saxlamaq asan deyil. Gənclər bütün gücləri ilə oynadılar, mübarizə apardılar və xarakter göstərdilər. Tapşırıqları tam yerinə yetirdilər. Komandadan çox razıyam, qələbə qazandığımız üçün çox sevincliyik. Hər iki oyunu böyük hesablı qələbə ilə başa vurmuşuq. Bu, bizi çox sevindirir. Qol vurmaq bacarığımızı nümayiş etdirə bilməyimiz də müsbət məqamdır.

"Baku Sportinq"in də çox yaxşı heyəti və təcrübəli oyunçuları var. Bu komanda istənilən rəqibi məğlub edə biləcək gücdədir. Biz qol imkanlarından istifadə edə bildik və buna görə də qələbə qazandıq. Çox sevinirik, komandamızı təbrik edirəm. Növbəti görüşlərə də qələbə qazanmaq üçün çıxacağıq. Uşaqların özlərinə inamı daha da artıb və bu, məni sevindirir. Növbəti oyunlarda da qələbə qazanarıq və ya xal əldə edərik.

Qarşıdakı matçımız kubok çərçivəsində "Araz-Naxçıvan"a qarşı olacaq. Aşkar favorit 'Araz-Naxçıvan'dır, çünki Premyer Liqa təmsilçisidir. Bununla belə, əlimizdən gələni edəcəyik, mübarizə aparacaq və yaxşı oyun nümayiş etdirəcəyik. Hər mövqedə mübarizə aparmaq lazımdır. "Araz-Naxçıvan" elə komandadır ki, istənilən boşluqdan istifadə edə bilər. Ona görə də diqqətli olmalıyıq. Oyuna yaxşı hazırlaşmışıq. Bu qarşılaşmada öz səhvlərimizi daha aydın görəcəyik. Premyer Liqa komandası ilə oyunda öz komandamızın çatışmazlıqlarını və boşluqlarını daha yaxşı müəyyənləşdirə biləcəyik. Bu da bizim üçün faydalı olacaq. Həmin səhvlər və boşluqlar üzərində işləyib onları aradan qaldırmaq növbəti matçlarda qələbə qazanmağımıza kömək edəcək", - deyə o fanat.az-a açıqlamasında söyləyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:38

Tahir Abdullayev çəkisini aşsa da UFC-də döyüşəcək

Digər
Bu gün, 11:29

Sabir Zeynalov dünya parataekvondo çempionatında qızıl medal qazandı

Qarabağ FK
Bu gün, 11:25

20 Noyabr – Ağdam Şəhəri Günü: İşğaldan azadlığın ilxırışı

Futbol
Bu gün, 11:23

Fransa Milli Futbolçusu 40 Yaşında Geri Dönüş: Bordo Klubunu Dəstəkləmək Üçün Yolda

Futbol
Bu gün, 11:20

Dani Alves: "Həbsxanada 113 avro ilə yaşayarkən, futbolda milyonlar qazandığım vaxtdan daha xoşbəxt idim"

Futbol
Bu gün, 11:10

Real Madrid Niko Pası 80 milyon avroya geri almağa hazırdır

Futbol
Bu gün, 11:10

Şahdağ Qusar–Gəncəbasar və Şimal–Zaqatala: Birinci Liqada səkkizinci tur 14:00-da başlayacaq

Futbol
Bu gün, 11:00

Elvin Yunuszadə: Qışın gedişatı hələ müəyyən edilməmişdir

Digər
Bu gün, 10:55

UFC, Fransa döyüşçüsü Manon Fioro'nu dopinq testi nəticəsində 3 aylıq disqvalifikasiyaya cəlb etdi

Basketbol
Bu gün, 10:53

LANDAU Lions klubunun oyunçusu Orelik Gediminas: Zədəli oyunçular məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 10:47

Yuri Vernidub “Neftçi” Futbol Akademiyasının heyəti ilə görüşü

Futbol
Bu gün, 10:40

Alman mütəxəssisi Polşa millisini baş məşqçisi ola bilər

Digər
Bu gün, 10:39

Qazaxda 25 idman növünü əhatə edən idman festivalı keçirildi

Futbol
Bu gün, 10:20

FIFA keçmiş prezidenti Sepp Blatter, Canni İnfantinonun namizədliyini məhdudiyyətə görə qeyri-qanuni sayır

Qarabağ FK
Bu gün, 10:10

“‘Kəpəz’lə ‘Qarabağ’ matçının təyinatları açıqlanıb”

Futbol
Bu gün, 10:10

Mudrik: “Çelsi”yə transferdən əvvəl “Arsenal”da çıxış etmək arzusundaydım

Qarabağ FK
Bu gün, 10:00

Türkiyə klubları “Qarabağ”ın futbolçusu Marko Yankoviçə marağını itirmir

Futbol
Bu gün, 09:53

Sumqayıt – Sabah: Misli Premyer Liqası 12-ci turu

Futbol
Bu gün, 09:40

Tibo Kurtua Real-da 2028-ə qədər qalan müqavilə uzadılıb

Futbol
Bu gün, 09:38

Ever Baneqa 37 yaşında peşəkar futbol karyerasını başa vurdu

Futbol
Bu gün, 09:29

Kostas Tsimikas yayda Liverpuldan ayrılaraq La Liqa klubuna keçə bilər;

Futbol
Bu gün, 09:24

Sabiq Braziliya futbolçusu Gabi Morais narkotik pullarının yuyulmasında həbs edildi

Futbol
Bu gün, 09:20

Alman klubu 60 milyon avro təklifi ilə Inter’in 20 yaşlı müdafiəçisi Finn Yelçin

Futbol
Bu gün, 09:08

Harri Keyn ikinci Qızıl Top üçün hədəfləri: daha çox kubok qazanmaq istəyir

Oxşar xəbərlər