top
Tsxadadze: Oyunlardan sonra futbolçu vaxtımda da, indi də yata bilmirəm Sport24.az
05 mart 2026, 22:46
- ↺ +

Tsxadadze: Oyunlardan sonra futbolçu vaxtımda da, indi də yata bilmirəm

"Qəbələ" Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Sabah"a penaltilər seriyasında məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

"Çox maraqlı oyun oldu. Çoxlu qol epizodları və qollar oldu. "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Futbolçularım xarakter və oyun olaraq əllərindən gələni etdilər. Çempionatda bu cür oyunlara ehtiyacımız var. Bizim əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıdakı çempionat oyununda da "Sabah"la qarşılaşacağıq".

 

- Rza Cəfərov niyə oynamadı?

- Səlahət Ağayevin oyunu son iki dəfə yaxşı alınmışdı. Ona görə ona şans verdik. Onun oyunundan razı qaldım.

 

- Nəzərə alsaq ki, penaltilərdə "Qəbələ" bu mövsüm elə də ürəkaçan təsir bağışlamır. Penaltilər seriyasına gedəndə nə düşündüz?

- Düzünü desəm, düşündüm ki artıq qələbə qazanmışıq. Güman edirdim ki, penaltilər seriyasında yaxşı çıxış edəcəyik. Son iki çempionat oyununu nəzərə alsaq, bu oyunda belə gözləmirdim. penaltilər məsələsi psixoloji məsələdir. Murad Musayev həmişə fərqli küncə vurur, bu dəfə alınmadı. Mən özüm də onun vurduğu penaltiyə təəccübləndim. Məşqlərdə etdiklərini psixoloji səbəbdən bu gün icra edə bilmədilər. Biz futbolçulardan öncədən soruşuruq ki, kim penaltini vurmaq istəyir. 

 

- Balua haqqında düşüncələriniz?

- Balua çox vacib oyunçudur. Əlbəttə ki, qış hazırlıq toplanışında bizlə birlikdə olsaydı, daha hazır olardı. Qırmızı vərəqə epizoduna gəldikdə isə,  epizodu AFFA özü aydınlaşdırmalıdır. Mənə elə gəlir ki, oyun epizodundan öncə qayda pozuntusu vardı. Həm də istərdim araşdırsınlar. Hakimlərin yanaşması fərqli ola bilər. Onsuz da geriyə dönən deyilik. Daha bir məqamda Akinadenin üzünə zərbə oldu. Şəxsi düşüncəmə görə həmin epizodda qırmızı vərəqə var idi. Bu da araşdırmalıdır.

 

- Yəqin ki, bu gecə yata bilməyəcəksiniz və yaxud gec yatacaqsınız. Bu xoşbəxtlikdən olacaq, yoxsa məyusluqdan?

- Futbolçu vaxtlarımda da, indi də oyunlardan sonra yata bilmirəm. (gülür). Bu adrenalindir. İstərdim ki, başa düşəsiz ki, məğlub olmaq olar. Amma bu cür oyun, xarakter göstərmək asan deyil. 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Oxşar xəbərlər