Cənubi Azərbaycan təmsilçisi "Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində IV tur çərçivəsində növbəti matçına çıxıb. Sport24.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında İraqın "Əl-Şorta" klubu ilə qarşılaşıb.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Traktor" hazırda 8 xalla turnir cədvəlinin 3-cü sırasında qərarlaşıb.