top
Tovuzsayağı avtoqol Sport24.az
29 may 2024, 08:48
- ↺ +

Tovuzsayağı avtoqol

CEYHUN ƏLİYEV


Ötən axşam gözlənilməz xəbərlə tamamlandı. "Turan Tovuz" rəhbərliyi baş məşqçi Ayxan Abbasovla yolları ayırdı. Bu, "aydın səmada şimşək effekti" yaratdı. Doğrudu, mövsümün gedişatında istedadlı mütəxəssisi istefaya səsləyənlər olurdu. Ancaq ən mürəkkəb vəziyyətdə də klub rəhbərliyi, xüsusilə Ehtiram Quliyev 43 yaşlı çalışdırıcıya dayaq oldu.


Mövsümün son turunda da komanda özünəməxsus tərzdə qələbə qazandı ki, bu da növbəti mövsümə nikbin əhval-ruhiyyədə hazırlaşmağa əsas verdi. Ancaq qarşıya qoyulan məqsədə çatan klubun rəhbəri bu dəfə yumşaq desək, cığallıq etdi. Klubda işlədiyi gündən baş məşqçiyə güvəndiyini bildirən Quliyev hansısa qeyri-müəyyən səbəbdən qeyri-peşəkar addım atdı.


Qarşısına avrozonaya düşmək vəzifəsi qoyulmayan məşqçiyə qapını göstərmək hara, daha əvvəllər səsləndirilən gəlişigözəl sözlər hara!? Pafos idi, Ehtiram bəy?! Qısa zamanda qazandığınız imicə çox ciddi zərbə vurdunuz. Yəqin ki, bunu ətrafınızdakıların deməyə cürəti çatmayacaq, amma bilin ki, bundan sonra verəcəyiniz hər açıqlamaya ən azı ürəklərdə belə bir sual yaranacaq: "Ayxana dair dediyiniz söz kimi?".


"Qarşılıqlı razılıq əsasında" deməklə siz maddi razılığı nəzərdə tuta bilərsiniz. Ancaq məsələnin mənəvi tərəfi var. Komanda 53 (!) qolla məhsuldarlıqda ancaq "Qarabağ"dan geri qalıb. Hədəf avrozona deyildi, amma komanda az qala sonadək 4-cü yer uğrunda mübarizədən qopmadı. Və elə Ehtiram Quliyev özü dediyi kimi növbəti mövsüm üçün hədəf Konfrans Liqası idi ki, Ayxan Abbasov bunu "Zirə"ylə də bacarıb, "Sumqayıt"la da. Yəni, avrokuboka çıxmağın yolunu bilir. Əminəm ki, məşqçi karyerasında hələ dəfələrlə avrokubok həyəcanı yaşayacaq Abbasov.


Düzdü, "heç vaxt "heç vaxt" demə" deyimi də var. Bəlkə də yaxın günlərdə Tovuz klubunun düşərgəsindən elə bir açıqlama gələcək ki, Quliyevi haqlı hesab edə biləcəyik. Ancaq şəxsən mən buna inanmıram. Kamal Bayramovun məlum açıqlaması? Buna görə məşqçi işdən azad edilmir! Daha bir variant budu ki, Quliyevə tapşırılıb ki, baş məşqçiylə yolları ayır. Ancaq belə bir hal yaşanıbsa da, klub rəhbəri bunu heç vaxt etiraf etməyəcək. Bütün hallarda, qərar verilib. Aydın məsələdir ki, "Turan" uduzdu. Təki məğlubiyyət uzunmüddətli olmasın...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Oxşar xəbərlər