top
Tottenhemdə İqor Tudorun uğursuz başlanğıcı və istefası təhlükəsi Idman.biz
11 mart 2026, 13:55
- ↺ +

"Tottenhem"də İqor Tudorun uğursuz başlanğıcı və istefası təhlükəsi

İngiltərənin "Tottenhem" futbol komandası görünməmiş uğursuzluqla üzləşib. Paytaxt klubu rəsmi oyunlarda ardıcıl altıncı məğlubiyyətini alaraq klub tarixinin ən pis seriyasına imza atıb. Komandanın yeni baş məşqçisi İqor Tudor üçün də başlanğıc fəlakətli olub. Xorvatiyalı mütəxəssisin rəhbərliyi altında keçirilən dörd oyunun hamısı məğlubiyyətlə başa çatıb. Bu, "Tottenhem" tarixində bir baş məşqçi üçün qeydə alınan ən pis start göstəricisidir.

İdman.Biz "talkSPORT" nəşrinə istinadla xəbər verir ki, klubun sahibləri olan Luis ailəsi Tudorun təsirinin olmamasından ciddi şəkildə məyus olublar və İqor Tudoru vəzifəsindən kənarlaşdırmağı düşünürlər. Xorvatiyalı mütəxəssisin həftəsonuna qədər qovulacağı gözlənilir.

"Riyad Air Metropolitano" stadionunda keçirilən oyunda qapıçı Antonin Kinskinin səhvləri ucbatından London klubu ilk 15 dəqiqədə 0:3 hesabı ilə geridə qalıb. Tudorun belə vacib matçda gənc qapıçıya şans verməsi və onu üçüncü qoldan sonra dərhal əvəzləməsi kəskin tənqid olunub.

"Tottenhem"in keçmiş yarımmüdafiəçisi Ceymi Ohara isə Tudoru sərt şəkildə ittiham edib:

"Mən "Tottenhem" azarkeşi olduğum üçün utanıram. Bu, rəzalətdən başqa bir şey deyil. Baş məşqçi bir fırıldaqçıdır. Onu elə fasilədə qovmaq lazımdır. "Atletiko"ya qarşı 3-4-3 sistemi ilə çıxmaq biabırçılıqdır. Biz bu formasiyada oynaya bilmirik".

Qeyd edək ki, Premyer Liqada (İngiltərə çempionatı) eniş zonasından cəmi bir xal uzaqda olan "Tottenhem"i bazar günü "Enfild" stadionunda "Liverpul"la çətin sınaq gözləyir. Klub rəhbərliyinin futbolçularla görüş keçirərək Tudorun taleyinə son qoyacağı bildirilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Oxşar xəbərlər