top
Toral Bayramov: Hər il biz çempion olacağıq deyə bir şey yoxdur Idman.biz
23 may 2026, 11:24
- ↺ +

Toral Bayramov: "Hər il biz çempion olacağıq deyə bir şey yoxdur"

"Sabah"ı çempionluq münasibəti ilə təbrik edirəm. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur".

Bunu "Qarabağ" FK-nın müdafiəçisi Toral Bayramovun qol.az saytına müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik.

- Mövsümün son turunda "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Fikrimcə, bu, mövsümün ən maraqlı oyunlarından biri idi. Tam heyət yox idi. Buna baxmayaraq, bizim gənclərimiz üçün də yaxşı təcrübə oldu. Özlərini yaxşı tərəfdən göstərə bildilər.

- Son illərin dəyişməz çempionu olan "Qarabağ"a titulunu itirmək necə təsir edir?

- Düzdür, çempion ola bilmədik, Avroliqaya gedirik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi yenidən sevindirək. Jurnalistlərə də təşəkkür edirəm. Sizin üçün də ağır mövsüm oldu.

- Ümumi götürsək, Çempionlar Liqasında pley-offa qədər irəlilədiyinizi nəzərə alsaq, mövsümü "Qarabağ" üçün uğurlu saymaq olar?

- Düşünmürəm ki, uğursuz oldu. "Sabah"ı çempionluq münasibəti ilə təbrik edirəm. Qismət bu il onların idi. Hər il biz çempion olacağıq deyə bir şey yoxdur. Növbəti mövsümə hazırlaşacağıq.

- Avroliqada oynayacaqsınız. Azarkeşlər avrokuboklarda "Qarabağ"dan builkindən də yaxşı nəticə gözləyə bilərlər?

- Bu mövsüm ÇL-də pley-off oynamağımız Avroliqada daha yaxşı çıxış edəcəyimizə təminat deyil. Əlimizdən gələni edəcəyik, vuruşacağıq. Çalışacağıq ki, mümkün qədər irəli gedə bilək.

- Premyer Liqanın səviyyəsində artım hiss olunur?

- Məncə, maraqlı və gərgin mövsüm alındı.

- Bəs legioner limitinin ləğv yerli futbolçulara ümumilikdə necə təsir etdi?

- Bu barədə geniş fikir bildirməyim düz çıxmaz. Sadəcə onu deyə bilərəm ki, kim güclü idisə, o da oynadı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Okan Buruk: “Xəyallarımıza çatmaq üçün vacib fürsətdir”

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Futbol
Bu gün, 18:52

Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”

Futbol
Bu gün, 18:32

Mourinyo Vinisiusdan danışdı: “O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq”

Futbol
Bu gün, 18:29

Qalatasaray, Viktor Osimhen olmadan Aston Villa ilə oynayacaq

Tennis
Bu gün, 18:25

Ölkə kubokunda 100-dən çox tennisçi mübarizə aparır

Futbol
Bu gün, 18:22

“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz

Futbol
Bu gün, 18:22

Emre Mor Sağlamlıq Problemləri Nəqlində Futbola Ara Vermək İstəyir

Futbol
Bu gün, 18:20

“Onun baxışları ilə razılaşdım, buna görə də bura gəlməyə qərar verdim”

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Futbol
Bu gün, 18:06

Dördüncü divizionun istedadı “Barselona”nın heyətində Bakıda debüt edə bilər – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 18:00

Baş məşqçi postuna təsdinləndi, üzərində BÖYÜK ÖHDƏLİK götürdü

Futbol
Bu gün, 18:00

Napoli"nin futbolçusu Antonio Verqara "Torino"ya qarşı matçda sakatlanıb

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Oxşar xəbərlər