İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelin gələcəyinə aydınlıq gəlib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilənin müddəti uzadılıb.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
52 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yanına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Tuxel ötən ilin yanvar ayından İngiltərə millisinə rəhbərlik edir.