"Bavariya"nı tərk edən Tomas Müller gələcəyi ilə bağlı qərar verib.
İdman.biz xəbər verir ki, almaniyalı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
35 yaşlı yarmmüdafiəçi ilə "Los Anceles" və adı çəkilməyən daha bir MLS klubu maraqlanır. Tomasın yaxın günlərdə yekun qərarı verəcəyi bildirilib.
Qeyd edək ki, 2000-ci ildən "Bavariya"nın sistemində olan Müller 13 dəfə Bundesliqanın qalibi olub. O, iki dəfə Çempionlar Liqası, Avropa Superkuboku və klublararası dünya çempionatı titullarını qazanıb.
İdman.biz