İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan "Racinq"lə oyun (3–0) "Real"ın qapıçısı Tibo Kurtua üçün əlamətdar olub. Sport24. az xəbər verir ki, qolkiper Madrid klubunun heyətindəki ümumi oyun sayını 346-ya çatdırıb.
Nəticədə, belçikalı"Real"ın heyətində ən çox rəsmi matça çıxan qapıçılar siyahısında üçüncü pilləyə yüksəlib. 725 oyunla İker Kasilyas birinci, 456 görüşdə meydana çxan Fransisko Buyo isə ikinci yerdə qərarlaşıb.
Kurtua 2018-ci ildən "Kral klubu"da çıxış edir. O, "real"da olduğu müddətdə Çempionlar Liqasının qalibi (2 dəfə), İspaniya çempionu (3 dəfə), İspaniya Kubokunun, İspaniya Superkubokunun (3 dəfə), UEFA Superkubokunun (2 dəfə) və FİFA Klublararası Dünya Çempionatının (3 dəfə) qalibi olub.
Qeyd edək ki, 34 yaşlı belçikalının Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.