top
Tiaqo Silva: Final üçün heç bir bəhanə olmamalıdır, çünki mövsüm boyu bu matç üçün mübarizə aparmışıq Idman.biz
09 may 2026, 11:38
- ↺ +

Tiaqo Silva: Final üçün heç bir bəhanə olmamalıdır, çünki mövsüm boyu bu matç üçün mübarizə aparmışıq

"Normalda biz hər dəfə növbəti oyunu düşünürük".

Bunu "Zirə"nin qapıçısı Tiaqo Silva futbolxeber.az-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 31-ci turunda "İmişli" ilə heç-heçə etdiniz (0:0). Xal itkisinə səbəb nə oldu?

- Çox çətin matç oldu. Ot örtüyü əlverişli deyildi. Çətin rəqibə qarşı oynadıq. "İmişli" yüksək motivasiya ilə mübarizə aparırdı. Xüsusən də müdafiə planında yaxşı idilər, əks-hücumlara bel bağlayırdılar. Əfsuslar olsun ki, qol vura bilmədik. İstəyimiz nəticə bu deyildi.

- Demək olar ki, bu xal itkisindən sonra "Zirə"nin avrokuboklar ümidi kubokadır?

- Normalda biz hər dəfə növbəti oyunu düşünürük. Artıq qarşıdakı matç finaldır. Təbii ki, final digər oyunlardan fərqlənir. Hazırlıq üçün 2-3 günümüz var. Hamı meydanda bacardığının ən yaxşısını nümayiş etdirməyə çalışacaq. Ümidvaram ki, finala qədər bərpa olub istədiyimiz nəticəni qazanacağıq.

- Adətən mövsümün sonunda oyunlara köklənmək çətin olur. Bu baxımdan problem yaşayırsınız?

- Bəli, mövsümün sonu həmişə çətin keçir, həm mental, həm də fiziki yorğunluq. Lakin final üçün heç bir bəhanə olmamalıdır. Çünki mövsum boyu məhz bu matçda iştirak etmək üçün mübarizə aparırıq. Hər komanda, hər futbolçu istəyər ki, bizimlə yerini dəyişib finalda meydana çıxsın. Odur ki, həlledici görüşə ən yüksək motivasiya ilə hazırlaşacağıq.

- Deyirlər yaxşı qapıçı komandanın yarısıdır. Tiaqo Silva finalda komandasının yarısı ola biləcək?

- Normalda özümü böyük oyunları sevən qapıçı kimi xarakterizə edərdim. İstər finallar olsun, istər avrokuboklar matçı. Dediyim kimi, 2-3 gün vaxtımız var. Mən də çalışacağam ki, tam bərpa olub finalda maksimum gücümü ortaya qoyum.

- Penaltilər üzərində xüsusi çalışacaqsınız?

- Tək penaltilər yox, istənilən element üzərində işləməliyik. Çünki oyunun nə qədər davam edəcəcəyi də bilinmir. Bu, 90 dəqiqə də ola bilər, 120 də, daha artıq da. Hamımız komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Təbii ki, penaltilər də finalda bizə köməyi çatacaq bir elementdir. Lakin heç kim düşünməsin ki, "Zirə" oyunu penaltilər seriyasına daşımağa çalışacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər