top
The Athletic Qarabağın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışından yazıb Sport24.az
27 yanvar 2026, 16:00
- +

"The Athletic" Qarabağın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışından yazıb

Nüfuzlu ingilis nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib. Sport24.az AZƏRTAC-a istinadən bildirir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

 

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

 

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə "Qarabağ" ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

 

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

 

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

 

"The Athletic" "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirə bilmədiyi də vurğulanıb: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

 

Materialda o da qeyd olunub ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

 

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

 

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:51

ABŞ-da qapıçının qeyri-adi hərəkəti matçın taleyini dəyişdi - VİDEO

Futbol
Bu gün, 20:35

"Barselona"nın Futbolçuları Yüklənməsi De la Fuente ilə Narazılığa Səbəb Olub

Futbol
Bu gün, 20:27

II Liqada "Qaradağ Lökbatan" - "Şirvan" matçında hesab 7:3 oldu

Futbol
Bu gün, 20:24

Vinisiusun Xorvatiya ilə oyunda iştirakı sual altında: "Real Madrid" narahatdır

Futbol
Bu gün, 20:03

"Azteka" stadionunda faciə: Azarkeş ölümü ilə nəticələnən Meksika - Portuqaliya oyunu

Futbol
Bu gün, 19:58

"Beşiktaş" Breel Embolonu transfer etmək istəyir

Futbol
Bu gün, 19:49

Əfsanə Çatırnur: Avstraliyada İranlı Futbolçulara Edilən Psixoloji Təzyiqlər və Qaçış Təklifləri

Futbol
Bu gün, 19:35

"FIFA Series – 2026": Azərbaycan millisinin Syerra-Leone oyunu öncəsi məşqi

Futbol
Bu gün, 19:33

Ayxan Abbasov: Azərbaycan millisi azarkeşlərlə Syerra-Leoneyə qalib gəlmək əzmindədir

Tennis
Bu gün, 19:30

Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında uğurla çıxış edərək ikinci yeri tutublar

Futbol
Bu gün, 19:20

Qismət Alıyev: Millətlər Liqası öncəsi bu cür oyunlar daha vacibdir

Futbol
Bu gün, 19:12

Ayxan Abbasov: "Syerre-Leona qarşı qələbə özüm üçün çox vacibdir"

Futbol
Bu gün, 19:11

Qismət Alıyev: Syerra-Leone ilə oyunda azarkeşləri sevindirmək üçün əlimizdən gələni edəcəyik

Futbol
Bu gün, 18:59

"Liverpul" baş məşqçi dəyişikliyi edir, Xabi Alonso gəlir

Futbol
Bu gün, 18:58

"Sabah" - "Qarabağ" matçının bilet satışı başlayır

Futbol
Bu gün, 18:52

Ayxan Abbasov: Syerra-Leoneyə qarşı azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istəyirik

Basketbol
Bu gün, 18:51

Bedri Meriç "Şəki"-"Gəncə" oyununda yaşananlardan narazıdır

Minifutbol
Bu gün, 18:45

Minifutbol üzrə ölkə çempionatının finalında "Zirə" - "Birbaşa Bakı" qarşılaşması

Futbol
Bu gün, 18:38

"Tottenhem" İqor Tudorla yollarını ayırdı

Futbol
Bu gün, 18:37

Qismət Alıyev: Syerra-Leone ilə oyun Millətlər Liqası üçün vacibdir

Futbol
Bu gün, 18:32

Polşa Futbol Liqasında Ofsaydları Müəyyən Etmək Üçün SAOT Texnologiyası Tətbiq Ediləcək

Basketbol
Bu gün, 18:25

ABL: "Şəki" "Gəncə"yə məğlub oldu

Voleybol
Bu gün, 18:14

14 yaşadək voleybolçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu: Region komandalarının üstünlüyü qeydə alındı

Futbol
Bu gün, 18:00

Yurgen Klopp "Real Madrid"in yeni baş məşqçisi olacaq

Oxşar xəbərlər