top
The Athletic Qarabağın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışından yazdı Sport24.az
27 yanvar 2026, 16:00
- +

"The Athletic" "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışından yazdı

Nüfuzlu ingilis nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib. Sport24.az AZƏRTAC-a istinadən bildirir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

 

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

 

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə "Qarabağ" ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

 

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

 

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

 

"The Athletic" "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirə bilmədiyi də vurğulanıb: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

 

Materialda o da qeyd olunub ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

 

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

 

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:42

Voytsex Şensnı karyerasını bitirməyə hazır deyil

Futbol
Bu gün, 18:29

Borussiya Münhenqladbax Daiki Hasiokanı transfer edib

Futbol
Bu gün, 18:26

Antonio Silva “Bornmut”a keçir

Futbol
Bu gün, 18:13

İngiltərə Futbol Assosiasiyası irqçi davranışlara qarşı cəzaları sərtləşdirdi

Boks
Bu gün, 17:49

World Boxing rusiyalı boksçular üzərindən sanksiyaları ləğv edib

Futbol
Bu gün, 17:29

Koul Palmer: “Xabi Alonso komandaya yeni nəfəs gətirib”

Futbol
Bu gün, 17:14

“Mingəçevir” FK yeni baş məşqçisi Elman Sultanov olub

Qarabağ FK
Bu gün, 16:59

Elza Seyidcahan "Qarabağ" futbol komandası üçün himn yazıb

Futbol
Bu gün, 16:47

Bir qolu olmayan futbolçu Konfrans Liqasında tarixi qol vurub

Qarabağ FK
Bu gün, 16:40

"Qarabağ"ı məğlub edərək Avroliqasındakı yoluna davam edən ÇSKA rəsmisi şərh edib

Futbol
Bu gün, 16:20

Əliyar Ağayev Avropa Liqası matçına təyinat alınır

Futbol
Bu gün, 16:14

“Kəpəz”in “Əl-Xəraitiyat”la yoxlama oyunu ləğv olundu

Futbol
Bu gün, 16:00

Turan Tovuz Türkiyə klubuna qarşı oyunu

Digər
Bu gün, 15:53

Tofiq Bəhramovun 80 yaşlı tələbəsi gənclərə sağlam həyat haqqında məsləhət verib

Futbol
Bu gün, 15:20

"Orhus" - "Sabah" matçının hakimləri açıqlanıb

Futbol
Bu gün, 15:05

Əliyar Ağayev Avropa Liqasının oyununa baş hakim təyin edilib

Futbol
Bu gün, 14:40

Bredli Barkolun transferi ilə bağlı Ceymi Karragerin fikirləri

Futbol
Bu gün, 14:16

„Liverpul“ futbolçuları arasında kapitan sarğısına görə mübahisə

Güləş
Bu gün, 14:12

Azərbaycanlı sərbəst güləşçilər U-17 dünya çempionatının 1/4 finalında

Futbol
Bu gün, 13:46

Brentford Mamadu Sanqareni 48 milyon avro qaymətinə alınır

Voleybol
Bu gün, 13:16

Qadın voleybolçular Avropa çempionatına hazırlaşırlar

Futbol
Bu gün, 13:10

"Sabah" - "Orhus" oyununa hakimlər müəyyən olunub

Futbol
Bu gün, 13:00

FİFA UEFA və KONKAKAF-ın etirazlarına cavab verib

Basketbol
Bu gün, 12:31

Azərbaycanın gənc qızlardan ibarət basketbol millisi Rumıniya ilə qarşılaşır

Oxşar xəbərlər