top
The Athletic: Qarabağın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və doğma şəhərindən didərgin düşməsi Sport24.az
27 yanvar 2026, 16:00
- +

"The Athletic": "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı uğurlu çıxışı və doğma şəhərindən didərgin düşməsi

Nüfuzlu ingilis nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib. Sport24.az AZƏRTAC-a istinadən bildirir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

 

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

 

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə "Qarabağ" ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

 

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

 

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

 

"The Athletic" "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirə bilmədiyi də vurğulanıb: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

 

Materialda o da qeyd olunub ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

 

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

 

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 18:14

14 yaşadək voleybolçular arasında Azərbaycan birinciliyinə yekun vuruldu: Region komandalarının üstünlüyü qeydə alındı

Futbol
Bu gün, 18:00

Yurgen Klopp "Real Madrid"in yeni baş məşqçisi olacaq

Tennis
Bu gün, 17:58

Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasına uğurlu start verdilər

Futbol
Bu gün, 17:37

AFFA nümayəndələri Moskvada "Dayanıqlı İnkişaf və Futbolda Sosial Məsuliyyət" seminarında iştirak edib

Futbol
Bu gün, 17:31

"Mançester Siti" "Nyukasl" və "Nottingem Forest"dən iki oyunçu üçün 220 milyon avro ayırıb

Futbol
Bu gün, 17:30

8 İngilis futbolçu milli komandanı tərk etdi: Səbəblər açıqlandı

Basketbol
Bu gün, 17:27

"Gəncə" səfərdə "Şəki" üzərində qələbə qazanıb

Futbol
Bu gün, 17:19

AFFA-da UEFA C kateqoriyalı məşqçi kursunun son mərhələsi keçirilib

Basketbol
Bu gün, 17:11

NTD Kobi Montqomeri ilə yollarını ayırdı

Basketbol
Bu gün, 17:04

Kobi Montqomeri NTD-ni tərk etdi

Futbol
Bu gün, 17:00

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev EFC və Harvard-ın liderlik proqramını bitirib

Basketbol
Bu gün, 16:59

"Gəncə" "Şəki"ni səfərdə məğlub etdi

Formula 1
Bu gün, 16:52

"Formula-1"-in 2026-cı il qaydalarına yenidən baxıla bilər

Futbol
Bu gün, 16:42

Mirça Luçesku səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir

Futbol
Bu gün, 16:33

Devid Bekhem Maykl Kerrikin "Mançester Yunayted"də yaratdığı sakit atmosferdən danışıb

Futbol
Bu gün, 16:30

Mirça Luçesku məşqdə huşunu itirib, xəstəxanaya yerləşdirilib

Boks
Bu gün, 16:15

Tofiq Musayev "qayda pozuntusu" iddialarına aydınlıq gətirdi

Voleybol
Bu gün, 16:04

"Naxçıvan" U-14 voleybol komandası Azərbaycan çempionu olub

Futbol
Bu gün, 16:00

Babək Quliyev UEFA tərəfindən Rumıniya - San Marino oyununa təyin edilib

Futbol
Bu gün, 15:58

KİV: Yurgen Klopp yayda "Real Madrid"ə rəhbərlik edəcək

Futbol
Bu gün, 15:53

Ramil Şeydayev yenidən Türkiyəyə transfer ola bilər

Futbol
Bu gün, 15:40

"Monako"lu Poqba və Fati "Barselona"nın bazasında: Forma seçimləri diqqət çəkdi

Futbol
Bu gün, 15:30

"Mançester Yunayted" Ferran Torreslə maraqlanır

Boks
Bu gün, 15:19

Azərbaycan boksçuları Əhməd Comərd beynəlxalq turnirində iştirak edəcək

Oxşar xəbərlər