top
The Athletic: Qarabağın Çempionlar Liqası hekayəsi: Müharibədən Avropa səhnəsinə Sport24.az
27 yanvar 2026, 16:00
- +

"The Athletic": "Qarabağ"ın Çempionlar Liqası hekayəsi: Müharibədən Avropa səhnəsinə

Nüfuzlu ingilis nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib. Sport24.az AZƏRTAC-a istinadən bildirir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

 

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

 

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə "Qarabağ" ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

 

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

 

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

 

"The Athletic" "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirə bilmədiyi də vurğulanıb: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

 

Materialda o da qeyd olunub ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

 

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

 

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

"Neftçi" "Qarabağ"dan Daha Çox Əmək Haqqı Ödəyib

Futbol
Bu gün, 11:27

Cahangir Fərəcullayev Milli Komanda və Futbolun İnkişafı Barədə Danışdı

Futbol
Bu gün, 11:25

"Neftçi" 2024-cü ildə Azərbaycan Premyer Liqasında ən çox əməkhaqqı ödəyən klubdur

Boks
Bu gün, 11:25

Böyük İpək Yolu Turniri: Azərbaycan boksçularından uğurlu start, dörd idmançı mərhələ adladı

Futbol
Bu gün, 11:20

AFFA-da "Eyeball" platforması ilə bağlı klublar üçün seminar keçirildi

Futbol
Bu gün, 11:19

Xames Rodriqes susuzlaşma səbəbindən xəstəxanaya yerləşdirilib

Futbol
Bu gün, 11:15

AFFA-nın stadion və məşq mərkəzlərinə ayırdığı vəsaitin məbləği açıqlanıb

Futbol
Bu gün, 11:09

Cahangir Fərəcullayevdən "ASCO Arena", "Karvan Yevlax", yerli futbolçulara dəstək, hakimlikdə dəyişikliklər və infrastruktur yenilikləri ilə bağlı açıqlamalar

Futbol
Bu gün, 11:08

Rövşən Nəcəf kişi milli komandasının ötən ilki sınaqlarından və müsbət dinamikasından danışıb

Futbol
Bu gün, 11:07

UEFA-dan Azərbaycan Klublarına 73 Milyon Manatdan Çox Vəsait Ayrılıb: Klublar Üzrə Hesabat

Futbol
Bu gün, 11:07

Rövşən Nəcəf milli komandanın ötən ilki çətin sınaqlarından və "Qarabağ"ın uğurlarından danışıb

Futbol
Bu gün, 11:06

Mbappe və sevgilisi Ester Ekspozito birlikdə görüntüləndi

Futbol
Bu gün, 11:06

UEFA-dan Azərbaycan Klublarına 2025-ci ildə 73 Milyon Manatdan Çox Vəsait Ayrılıb: Klublar Üzrə Hesabat

Futbol
Bu gün, 11:02

Rövşən Nəcəf: Milli komandanın oyununda intizam artıb, "FIFA Series-2026" uğurlu nəticədir

Futbol
Bu gün, 11:00

Mbappe Avro-2020-dəki irqçilikdən sonra millidən getmək istədiyini açıqlayıb

Futbol
Bu gün, 11:00

Cahangir Fərəcullayev: "ASCO Arena" təmirdən sonra uşaq və yeniyetmələr üçün olacaq

Futbol
Bu gün, 10:59

AFFA-nın balansındakı stadion və məşq mərkəzlərinin saxlanılmasına 4 milyondan çox vəsait ayrılıb

Gimnastika
Bu gün, 10:54

Bakıda "AGF Trophy" Bədii Gimnastika Turnirinə Start Verildi

Futbol
Bu gün, 10:50

Azərbaycan Futzal Federasiyası AFFA-dan ən çox maliyyə vəsaiti alan qurum olub

Futbol
Bu gün, 10:49

AFFA-nın 2025-ci il Gəlirləri Açıqlanıb: Əsas Sponsorlar SOCAR və "AzərMaş" - HESABAT

Futbol
Bu gün, 10:46

Rövşən Nəcəf: Azərbaycan milli futbol komandası ötən il çətin sınaqlardan keçdi

Futbol
Bu gün, 10:45

AFFA 2023-cü ildə 49 milyon manatdan çox vəsait xərcləyib

Futbol
Bu gün, 10:41

Çingiz Hüseynzadə: "Azərbaycan futbolunda uğurlu nəticələr əldə olunub"

Futbol
Bu gün, 10:40

2025-ci ildə UEFA-nın Azərbaycan klublarına ayırdığı maliyyə vəsaitinin məbləği açıqlanıb

Oxşar xəbərlər