top
The Athletic nəşri Qarabağın Çempionlar Liqasındakı uğurlu çıxışından və Ağdamdan didərgin düşməsindən yazıb Idman.biz
Dünən, 14:40
- +

"The Athletic" nəşri "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışından və Ağdamdan didərgin düşməsindən yazıb

Nüfuzlu ingilis idman nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib.

İdman.Biz xəbər verir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

"The Athletic" bildirib ki, "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirməsi mümkün deyil: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

Materialda vurğulanıb ki, 2023-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Посмотреть эту публикацию в Instagram

Публикация от İdman və Biz (@idmanbiz)

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:11

"Komo" "Fiorentina" üzərində qələbə qazanaraq İtaliya Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 02:06

Bundesliqa: "Sankt-Pauli" - "RB Leypsiq" heç-heçəsi və "Hoffenhaym"ın qələbəsi

Boks
Bu gün, 01:50

Anatoli Malıxin Rafael Fiziyevə dəstək oldu: "Rafa qalib gələcək"

Futbol
Bu gün, 01:31

Konte Dieqo Kostanın "əsəbi tip" ittihamına cavab verdi: "Axmaq adamlar var"

Boks
Bu gün, 01:12

Adesanya Ağ Evdə döyüşmək istəyir, amma siyasətçilər üçün yox

Futbol
Bu gün, 00:52

Mourinyo Arbeloanın "Real Madrid"in baş məşqçisi təyin olunması ilə bağlı danışıb

Digər
Bu gün, 00:34

Bakıda "JGBJJ Academy Azerbaijan" ciu-citsu zalı açılıb

Digər
Bu gün, 00:19

Test

Futbol
Bu gün, 00:15

"Qarabağ"ın "Enfild Roud"dakı məşqi və "Liverpul" ilə qarşılaşmağa hazırlığı

Futbol
Dünən, 23:59

Marko Yankoviçin "Liverpul"la matçdan gözləntiləri: Uğurlu nəticəyə ümid

Futbol
Dünən, 23:44

"Şəfa" FK futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Futbol
Dünən, 23:39

Onana "Mançester Yunayted"i tərk edə bilər, "İnter"ə qayıdış variantı müzakirə edilir

Futbol
Dünən, 23:23

Qurban Qurbanov "Liverpul" matçı öncəsi komandasının yaxşı oyun sərgiləyəcəyinə ümid edir

Futbol
Dünən, 23:17

Marko Yankoviç "Liverpul" matçı barədə: "Uğurlu nəticəyə ümid edirik"

Futbol
Dünən, 23:13

Qurban Qurbanov "Liverpul" matçı öncəsi: "Futbolçularımın ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanıram"

Boks
Dünən, 23:08

Rafael Fiziyev Ruffinin titulu uğrunda döyüşəcək

Futbol
Dünən, 22:53

"Aston Villa" Temmi Abrahamı transfer etdi

Futbol
Dünən, 22:50

Livakoviç yenidən "Dinamo"da!

Digər
Dünən, 22:23

Çingiz Səmədov sumo üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb

Futbol
Dünən, 22:20

Temmi Abraham "Aston Villa"da - RƏSMİ

Futbol
Dünən, 22:09

Daniel Maldini "Atalanta"dan "Latsio"ya keçdi

Futbol
Dünən, 21:56

"Barselona" "Genk"dən gənc belçikalı müdafiəçi transfer edir

Futbol
Dünən, 21:54

Arne Slot: "Qarabağ asanlıqla məğlub ediləcək rəqib deyil."

Futbol
Dünən, 21:41

"Atletiko Madrid" Qoretska transferi üçün "Bavariya" ilə danışıqlar aparır

Oxşar xəbərlər