top
The Athletic-in Qarabağ haqqında məqaləsi: Çempionlar Liqasında gözlənilməz uğur və doğma şəhərdən didərgin düşən komanda Sport24.az
27 yanvar 2026, 16:00
- +

"The Athletic"-in "Qarabağ" haqqında məqaləsi: Çempionlar Liqasında gözlənilməz uğur və doğma şəhərdən didərgin düşən komanda

Nüfuzlu ingilis nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib. Sport24.az AZƏRTAC-a istinadən bildirir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

 

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

 

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə "Qarabağ" ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

 

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

 

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

 

"The Athletic" "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirə bilmədiyi də vurğulanıb: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

 

Materialda o da qeyd olunub ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

 

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

 

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:27

Əmrah Məmmədli "ASTA Mingəçevir" ilə müqavilə imzaladı

Futbol
Bu gün, 14:20

Adama Traore "Vest Hem"də - Rəsmi

Futbol
Bu gün, 14:15

Qvardiola Mourinyoya təşəkkür etməyə hazırlaşır: "Bu, Jozenin strategiyası idi"

Futbol
Bu gün, 14:03

"Qarabağ" və "Neftçi" AFFA İntizam Komitəsi tərəfindən cərimələnib

Futbol
Bu gün, 14:00

"Kəpəz" futbolçusu: "Qarabağ"ın ÇL oyunlarını izlədikcə, orada oynamaq istəyim artır

Futbol
Bu gün, 13:51

Elxan Abdullayev: "Qarabağ" böyük tarix yazıb və hər kəsi xoşbəxt edib

Futbol
Bu gün, 13:40

Çin Futbolunda Genişmiqyaslı Korrupsiya Təmizlənməsi: Klublar Cərimələnir, Xallar Silinir

Formula 1
Bu gün, 13:39

Lyuis Hamilton "Ferrari"ni quru yolda test etmək istəyir

Futbol
Bu gün, 13:38

Süni İntellektə Güvən "Soçi"nin Baş Məşqçisinə Zərər Vurdu

Olimpiada
Bu gün, 13:27

Parakamandan Oxatanlar Şəkidə Təlim-Məşq Toplanışında

Futbol
Bu gün, 13:20

Albert Riera "Ayntaxt"ın baş məşqçisi ola bilər

Olimpiada
Bu gün, 13:16

Parakamandan Oxatanların Şəki Təlim-Məşq Toplanışı

Güləş
Bu gün, 13:13

Qadın güləşçilərə yeni qaydalar izah olundu

Futbol
Bu gün, 13:01

"Qarabağ" Çempionlar Liqasında nə qədər pul qazanıb: İDMAN.BİZ-in təhlili

Futbol
Bu gün, 13:00

Misli Premyer Liqası, XVIII tur: Təyinatlar bəlli oldu

Futbol
Bu gün, 12:49

Misli Premyer Liqasının 18-ci turunun hakimləri açıqlanıb

Futbol
Bu gün, 12:40

"İnter" Musa Diyabi ilə danışıqlara başlayıb

Digər
Bu gün, 12:37

Dopinq Qorxusu Norveçli İdmançıları İntim Həyatdan Uzaqlaşdırır

Basketbol
Bu gün, 12:25

Azərbaycan Basketbol Liqasında "Lənkəran" - "Ordu" və NTD - "Gəncə" matçları keçiriləcək

Futbol
Bu gün, 12:20

AFFA İntizam Komitəsi bir neçə klubu cərimələyib

Futbol
Bu gün, 12:20

AFFA İntizam Komitəsi "Qarabağ", "Neftçi" və digər klubları cərimələyib

Futbol
Bu gün, 12:12

"Qarabağ"la oyunda zədələnən Frimponqun zədəsi ciddi əzələ xəsarətidir

Futbol
Bu gün, 12:00

Kevin Medina: "Qarabağ" Çempionlar Liqasında tarixi nəticə əldə etdi və yoluna davam etməlidir"

Futbol
Bu gün, 11:59

Trubinin "Real"a vurduğu qol Çempionlar Liqasında günün qolu seçilib

Oxşar xəbərlər