top
The Athletic-dən Qarabağ: Çempionlar Liqasında Gözlənilməz Nəticələr və Doğma Şəhərdən Uzaqlıq Sport24.az
27 yanvar 2026, 16:00
- +

"The Athletic"-dən "Qarabağ": Çempionlar Liqasında Gözlənilməz Nəticələr və Doğma Şəhərdən Uzaqlıq

Nüfuzlu ingilis nəşri "The Athletic" bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qarabağ" barədə geniş məqalə dərc edib. Sport24.az AZƏRTAC-a istinadən bildirir ki, "Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan "Qarabağ" başlıqlı yazıda komandanın bu mövsüm turnirin əsas hekayələrindən birinə çevrildiyi bildirilib.

 

Qeyd olunub ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlməyin Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gələ bildiyi vurğulanıb. "The Athletic" xatırladır ki, turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı "Enfild"də "Liverpul"a qarşı olacaq.

 

"Qarabağ" hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb. Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb. Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. "Qarabağ"ın doğma stadionu olan "İmarət" arenası isə müharibə zamanı tamamilə dağıdılıb. Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub. Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə "Qarabağ" ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu adını qazanıb" - materialda deyilir.

 

Məqalədə "Qarabağ"ın bu mövsüm Avropada ən uğurlu çıxışını nümayiş etdirdiyi, "Benfika", "Kopenhagen" "Ayntraxt"a qalib gəldiyi, "Çelsi" ilə heç-heçə etdiyi diqqətə çatdırılıb.

 

Yazıda qeyd edilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan "Qarabağ"ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib. Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

 

"The Athletic" "Qarabağ"ın doğma şəhəri Ağdamda hələlik oyun keçirə bilmədiyi də vurğulanıb: "Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib. Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur".

 

Materialda o da qeyd olunub ki, 2023-cü ilin dekabrında Prezident İlham Əliyev "Qarabağ"ın Ağdama qayıdışını təmin edəcəklərini bildirib, baş məşqçi Qurban Qurbanov da bu planları müsbət qarşılayıb və avrokubok oyunlarının bir gün Ağdamda keçirilməsinin böyük mənəvi əhəmiyyət daşıyacağını vurğulayıb.

 

Gələcək planlara əsasən, Ağdamda UEFA-nın IV kateqoriyalı stadionunun tikintisinin nəzərdə tutulduğu, klubun yalnız əhalinin şəhərə tam qayıdışından sonra doğma məkanda oynamağı planlaşdırdığı yazılıb.

 

Sonda bildirilib ki, hazırda "Qarabağ" Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:28

Didye Deşamın ABŞ səfəri zamanı logistika və təhlükəsizlik tədbirlərinə tənqidi

Futbol
Bu gün, 23:12

"Şamaxı"nın müdafiəçisi Tanzaniya yığmasının heyətində "FIFA Series - 2026" turnirində iştirak edib

Futbol
Bu gün, 22:59

Nicat Qurbanov Nəriman Axundzadənin MLS-dəki Perspektivləri Barədə Danışdı

Basketbol
Bu gün, 22:46

Halil Atlı "Gəncə"nin pley-off mərhələsinə hazırlaşacağını bildirib

Futbol
Bu gün, 22:31

Ekitike: Mbappe mənə azad oynamağı tapşırdı və mən həzz aldım - Mbappe ilə Ekitikenin münasibəti

Cüdo
Bu gün, 22:18

Aysun Məmmədova Poznan Avropa Kubokunda qızıl medal qazandı

Digər
Bu gün, 22:07

Yelkənli Qayıqçılarımız "Sailing Point Easter Regatta 2026"-ya Hazırlaşır

Futbol
Bu gün, 21:56

Vinisius Junior zədəsini sağaldıb, məşqlərə qayıdıb və Xorvatiyaya qarşı oynaya bilər

Formula 1
Bu gün, 21:52

Maks Ferstappenin jurnalisti qovması ilə bağlı jurnalistlər FIA-dan tədbir görməyi tələb edir

Futbol
Bu gün, 21:35

"Qarabağ" "Sabah" ilə oyuna xanım azarkeşlər üçün girişi pulsuz etdi

Futbol
Bu gün, 21:26

Endrik DÇ-2026-da iştirak etmək şanslarını dəyərləndirib

Futbol
Bu gün, 21:19

Azərbaycan millisi Syerra-Leone ilə oyuna son hazırlıqlarını tamamladı

Futbol
Bu gün, 21:03

Zəfər Hacılının vəfatı: TTYM-dən göstərilən tibbi yardım barədə açıqlama

Futbol
Bu gün, 20:57

"Qarabağ" - "Sabah" matçında xanım azarkeşlər üçün giriş pulsuz olacaq

Futbol
Bu gün, 20:51

ABŞ-da qapıçının qeyri-adi hərəkəti matçın taleyini dəyişdi - VİDEO

Futbol
Bu gün, 20:35

"Barselona"nın Futbolçuları Yüklənməsi De la Fuente ilə Narazılığa Səbəb Olub

Futbol
Bu gün, 20:27

II Liqada "Qaradağ Lökbatan" - "Şirvan" matçında hesab 7:3 oldu

Futbol
Bu gün, 20:24

Vinisiusun Xorvatiya ilə oyunda iştirakı sual altında: "Real Madrid" narahatdır

Futbol
Bu gün, 20:03

"Azteka" stadionunda faciə: Azarkeş ölümü ilə nəticələnən Meksika - Portuqaliya oyunu

Futbol
Bu gün, 19:58

"Beşiktaş" Breel Embolonu transfer etmək istəyir

Futbol
Bu gün, 19:49

Əfsanə Çatırnur: Avstraliyada İranlı Futbolçulara Edilən Psixoloji Təzyiqlər və Qaçış Təklifləri

Futbol
Bu gün, 19:35

"FIFA Series – 2026": Azərbaycan millisinin Syerra-Leone oyunu öncəsi məşqi

Futbol
Bu gün, 19:33

Ayxan Abbasov: Azərbaycan millisi azarkeşlərlə Syerra-Leoneyə qalib gəlmək əzmindədir

Tennis
Bu gün, 19:30

Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında uğurla çıxış edərək ikinci yeri tutublar

Oxşar xəbərlər