"Barselona"nın icarə əsasında "Jirona"da çıxış edən qapıçısı Mark-Andre ter Ştegen zədələnib. Sport24.az xəbər verir ki, o, La Liqanın XXII turunun "Real Ovyedo" ilə matçında (1:0) sıradan çıxıb.
Futbolçu bud əzələsindən xəsarət alıb.
Ter Ştegen 90 dəqiqə meydanda olsa da, zədəsi sonradan ortaya çıxıb. Bildirilir ki, onun bərpa prosesi iki aydan çox çəkə bilər.
Qolkiper xəsarət aldığı üçün müqaviləyə xitam verilməsi və onun "Barselona"ya dönməsi gözlənilir.