top
Tayler Fletçer Billi Gilmoru əvəzləyərək DÇ-2026 heyətinə daxil oldu Idman.biz
01 iyun 2026, 08:10
- ↺ +

Tayler Fletçer Billi Gilmoru əvəzləyərək DÇ-2026 heyətinə daxil oldu

İngiltərənin "Mançester Yunayted" futbol komandasının yarımmüdafiəçisi Tayler Fletçer Şotlandiya millisinin 2026-cı il Dünya Çempionatı heyətinə əlavə olunub.

İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu zədə səbəbindən turniri buraxacaq Billi Gilmoru əvəzləyəcək. "Napoli"nin yarımmüdafiəçisi Şotlandiyanın Küraçao üzərində 4:1 hesablı yoxlama qələbəsinin ilk hissəsində dizindən zədə alıb.

Fletçer Şotlandiya millisində debütünü məhz Küraçao ilə oyunda edib. O, fasilədən sonra meydana daxil olub. Maraqlıdır ki, gənc yarımmüdafiəçinin "Mançester Yunayted"in əsas komandasında cəmi iki oyunu var. Futbolçu Premyer Liqada ümumilikdə 17 dəqiqə meydanda olub.

Tayler Fletçer "Mançester Yunayted" və Şotlandiya millisinin sabiq futbolçusu Darren Fletçerin oğludur. Baş məşqçi Stiv Klark onu müdafiəyəmeyilli yarımmüdafiə, mərkəz yarımmüdafiəçisi və hücuma yaxın orta xətt mövqeləri üçün ehtiyat variant kimi dəyərləndirir.

Şotlandiya yığması yaxın günlərdə ABŞ-yə yollanacaq. Komanda Dünya Çempionatı öncəsi son yoxlama oyununu 6 iyunda Boliviyaya qarşı keçirəcək. Stiv Klarkın komandası mundialda Haiti, Mərakeş və Braziliya ilə eyni qrupda mübarizə aparacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 14:09

Ceyms Freyzer: "Noyabrda yox, mövsümün sonunda çempion olmağa çalışırıq"

Futbol
Bu gün, 14:00

Barselona’nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Qarabağ FK
Bu gün, 14:00

Mamadu Kane: "Yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır"

Qarabağ FK
Bu gün, 14:00

“Qarabağ” transfer işlərində səhvi harada buraxıb?

Boks
Bu gün, 13:54

Azərbaycanın iki boksçusu AÇ-nin finalında!

Qarabağ FK
Bu gün, 13:54

“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Futbol
Bu gün, 13:31

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol
Bu gün, 13:31

“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:24

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 13:20

"Uotford" rumıniyalı mütəxəssislə anlaşmaq üzrədir

Futbol
Bu gün, 13:20

II Liqa 12-ci tur: "Şəmkir" "Ağdaş"la, "Difai" isə "Marafon"la qarşılaşacaq

Futbol
Bu gün, 13:10

“Sabah” - "Barselona" matçını o idarə edəcək

Qarabağ FK
Bu gün, 13:09

“Qarabağ”ın müdafiəçisi çətin matç, qol çətinlikləri və Sumqayıt qarşılaşması barədə danışdı

Futbol
Bu gün, 13:08

«Mançester Yunayted»i bu şəkildə tənqid etdi

Futbol
Bu gün, 13:03

“Qalatasaray”ın futbolçusu şir axtarışında

Futbol
Bu gün, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib;

Futbol
Bu gün, 13:00

Elvin Bədəlov: Qələbə önəmlidir, şəxsi performans deyil

Cüdo
Bu gün, 12:54

Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım - VİDEO

Futbol
Bu gün, 12:45

Mərakeş UEFA-ya üzv olmağı planlaşdırır

Oxşar xəbərlər