top
Taliska Fənərbağçada qalır: Yeni müqavilə detalları açıqlandı Idman.biz
20 yanvar 2026, 14:25
- ↺ +

Taliska "Fənərbağça"da qalır: Yeni müqavilə detalları açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun hücumameyilli yarımmüdafiəçisi Anderson Taliska mövsümdəki parlaq çıxışı ilə yeni müqaviləyə yaxınlaşıb. Komandanın "Alanyaspor"u məğlub etdiyi oyunda iki qol vuran braziliyalı futbolçu komandanın əsas yükünü çiyinlərinə götürən adlardan biri olub.

İdman.Biz "Sabah" nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi mövsümün sonunda başa çatacaq müqaviləni uzatmaq qərarına gəlib.

Razılaşmaya əsasən, Taliska "Fənərbağça" ilə iki illik yeni müqavilə imzalayacaq və futbolçunun illik qazancı 5 milyon avro (təxminən 9,9 milyon AZN) təşkil edəcək. Beləliklə, ümumi məvacib 10 milyon avro (təxminən 19,8 milyon AZN) olacaq.

Bildirilib ki, ötən mövsümün qış fasiləsində İstanbul klubuna 1,5 illik müqavilə ilə qoşulan Taliska¬nın hazırkı sözləşməsi 2026-cı ilin iyununda başa çatırdı. Son dövrlərdə qolları və assistləri ilə komandanı daşıyan futbolçunun qalması məsələsi əsas müzakirə mövzusu idi.

Baş məşqçi Tedesko "Alanya" oyunu sonrası mövqeyini açıq ifadə edib:

"Bu mövzuda mənim üçün hər şey aydındır, o qalmalıdır. 10 nömrə mövqeyində həm uzunboylu, həm də sol ayaqlı belə oyunçu tapmaq çətindir. 9 nömrədə oynadanda da arxaya qaçışları çox yaxşı edir".

Məlumatlara görə, klubla futbolçu arasındakı danışıqlar müsbət yekunlaşıb. Braziliyadan aldığı təklifləri rədd edən Taliska "Fənərbağça"da qalmaq istədiyini bildirib və əvvəlki 7,5 milyon avroluq (15 milyon AZN) maaşında endirimə razılaşıb.

Cari mövsümdə 17 qol və üç assistlə yadda qalan braziliyalı futbolçu məhsuldarlıq siyahısında ikinci pillədə qərarlaşıb. O, daha dörd qol vuracağı təqdirdə "Beşiktaş"da keçirdiyi ən məhsuldar mövsümdəki 20 qolluq göstəricisini də geridə qoyacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Futbol
Bu gün, 21:20

Tanıdığımız sima milliyə dəvət almasının səbəbini bilmir - VİDEO

Futbol
Bu gün, 21:15

Mançester Yunayted, Liverpul və Arsenal Borussiya Dortmundun müdafiəçisi Joan Qadunu transfer etmək istəyir

Futbol
Bu gün, 21:08

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov «Neftçi» matcından sonra Vernidubla söhbətdə əsəbi reaksiya göstərib

Digər
Bu gün, 21:00

Azərbaycanda üzgüçülük məşqçiləri üçün sertifikatlaşdırma sistemi tətbiq ediləcək

Futbol
Bu gün, 20:53

Premyer Liqa: Neftçi Zirəyə 1:0 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib

Futbol
Bu gün, 20:41

"Bavariya"da zədə böhranı genişləndi"

Futbol
Bu gün, 20:40

"Veteranların futbolun xilaskarı olmadığına dair təhlil"

Digər
Bu gün, 20:38

Gürcüstanın Ankaradakı səfiri UEFA Avropa Liqası matçındakı hadisələrə görə Türkiyə XİN-ə çağırıldı

Futbol
Bu gün, 20:32

Bavariyanın futbolçusu Camal Musiala zədəsi barədə açıqlama

Futbol
Bu gün, 20:26

Arsenal 30 zərbə ilə yalnız bir qol vurdu

Futbol
Bu gün, 20:25

Neftçi fanı İstanbula gediş-qayıdış aviabileti qazanıb

Futbol
Bu gün, 20:20

"Sabah"ın xorvatiyalı legioneri İvan Lepiniçaya "Napoli" qarşısında cərimə riski ilə üzləşir

Futbol
Bu gün, 20:19

İspaniya məhkəməsi «Valensiya»nın sabiq futbolçusu Rafa Mirin həbs cəzasını 7 ilə endirib

Futbol
Bu gün, 20:12

Beşiktaş Sabiha Gökçen Hava Limanında su tağı mərasimi ilə qarşılandı

Futbol
Bu gün, 20:11

"Liverpul" Lyuis Holldan maraqlıdır – "Nyukasl" 80 milyon avro tələb edir

Futbol
Bu gün, 20:10

"Sabah"ın futbolçusu Akim Zedadkanın zədəsi ciddi deyil — "Araz-Naxçıvan"la matçı buraxma ehtimalı var

Şahmat
Bu gün, 20:05

"Nicat Abasov və Gövhər Beydullayeva Türküstanda qızıl medal qazandı"

Futbol
Bu gün, 20:00

Mahir Əmrəlinin şərhi Cəlilabaddakı biologiya müəllimini şagirdləri Lənkərana aparmağa məcbur etdi

Futbol
Bu gün, 19:58

"Mançester Yunayted, kapitan Bruno Fernandeşi 2028-ə qədər müqaviləsini uzatdı"

Futbol
Bu gün, 19:56

Balde'nin Barselona'dan ayrılma ehtimali yüksəlir

Futbol
Bu gün, 19:53

«İnter'in» müdafiəçisi Alessandro Bastoni Çempionlar Liqasında «Ştutqart'a» qarşı matçda zədələnərək təxminən üç həftə meydandan kənarda qalacaq

Futbol
Bu gün, 19:50

"Bavariya" Camal Musialanın sağ bud əzələsində zədə aşkarlandığını təsdiqlədi

Futbol
Bu gün, 19:50

Keçmiş "Valensiya" futbolçusu Rafa Mirin cinsi zorakılıq üzrə həbs cəzası 7 ilə endirildi

Oxşar xəbərlər