top
Taleh Nəsirov: Çempionluğun bu məsələyə böyük təsiri olacaq Sport24.az
27 may 2024, 15:45
- ↺ +

Taleh Nəsirov: "Çempionluğun bu məsələyə böyük təsiri olacaq"

Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov millinin açıq məşqində jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, qurum rəsmisi yığmanın Avropa çempionatında hədəfini açıqlayıb, gələcək planlardan danışıb.

 

- Avropa çempionatına hazırlığı necə dəyərləndirirsiz?

- Millimiz Monteneqroda yaxşı təlim-məşq toplanışı keçdi və mini turnirdə iştirak edərək qalibi oldu. İstəyirik ki, 2022-ci ildə qazandığımız titulu qoruyaq. Bu çətin olacaq, amma əlimizdən gələni edəcəyik. Milli komandanı hər şeylə təmin etmişik. Sarayevoda keçiriləcək Avropa çempionatına lider kimi yollanırıq. Digər komandalar Azərbaycana başqa gözlə baxırlar. Bizi daha yaxşı analiz ediblər. Bütün futbolçular AML-da çıxış ediblər. Liqanın oyunları da yutub kanalımızda canlı yayımlanıb. Bu o deməkdir ki, digər iştirakçıların bizi yaxşı analiz etməyə fürsətləri var. Belçika, Fransa və İtaliya ilə eyni qrupdayıq. Ümid edirik ki, qrupda birinci olacağıq və kubokla qayıdacağıq.

 

- Millinin təlim-məşq bazasının və stadionunun tikilməsi nə vaxta nəzərdə tutulub?

- Bunun hamısı vəsait tələb edir. Plan var, layihə üzərində işlənilir. Yaxın günlərdə bu barədə məlumat veriləcək.

 

- Avropa çempionu olsaz, bu iş sürətlənə bilər?

- Çempionluğun bu məsələyə böyük təsiri olacaq.

 

- Qarşıdakı qitə çempionatında gümüş və ya bürünc medal qazansaz, bu uğur sayılacaq, yoxsa?

- Hər bir idmançı beynəlxalq yarışa yollanarkən qızıl medalı fikirləşməlidir. Elə idman növü var ki, orda hər 3 yer uğurdur. Düşüncəm odur ki, çempionluq böyük uğurdur. Digər yerlər isə ürəkaçan deyil. Biz daha yaxşısına layiqik. Bütün oyunçular məsuliyyəti dərk edir və yalnız 1-ci yer barədə fikirləşirlər. Ümid edirəm ki, bunu bacaracağıq.

 

- Regionlarda minifutbolun inkişafı üçün hansı işlər görməyi düşünürsüz?

- Federasiya prezidenti Orxan Məmmədovun də vurğuladığı kimi, regionlarda klubların artmasının üzərində çalışırıq. Müxtəlif yaş qrupları üzrə komandaları formalaşdırmaq istəyirik. Gələn ildən U-23 dünya və Avropa çempionatı keçiriləcək. Biz də ora komanda hazırlamağa start verəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Oxşar xəbərlər