top
Taleh Nəsibov: Bu barədə danışıqlar gedir, hər şey ola bilər Sport24.az
29 may 2024, 12:30
- ↺ +

Taleh Nəsibov: "Bu barədə danışıqlar gedir, hər şey ola bilər"

Premyer Liqanın ikinci pillədə başa vuran "Zirə" üçün "futbol ili" hələ başa çatmayıb. Qarşıda "qartallar"ı ölkə kubokunun həlledici oyunu gözləyir. Fimaldan öncə qəsəbə təmsilçisinin prezidenti Taleh Nəsibov Sport24.az-a müsahibə verib. Klub prezidenti geridə qalan mövsümü dəyərləndirməklə yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.

- "Zirə" çempionatda ikinci olmaqla Avropa Liqasına vəsiqə qazandı. Cari mövsümü komandanız üçün necə dəyərləndirərdiz?
- Mövsümə yaxşı start vermişdik. Bunun nəticəsi idi ki, birinci dövrəni lider kimi başa vurmuşduq. Həmin ərəfələrdə sizə müsahibəmdə demişdim ki, bizim cari mövsümdəki məqsədimiz 2-3-4-cü yerlərdən birini tutub Avropa Liqası, yaxud Konfrans Liqasına vəsiqə qazanmaqdır. Çünki reallıqlar var. "Qarabağ"ın hansı gücə malik olduğunu hamımız görürdük. Lakin digər rəqiblərin demək olar ki, hamısı "Zirə" ilə eyni səviyyədə idi. Komanda müəyyən müddət, 7-8 tur ərzində xeyli xallar itirdi. Ümumən komandanın performansı bizə inam verirdi ki, qarşımıza hədəf qoyduğumuz üç yerdən birini tuta bilərik. Bunun üzərində də iş gedirdi. Həm baş məşqçi ilə daimi söhbətlərimiz, həm baş məşqçinin işi, həm də Orxan müəllimin (Orxan Məmmədov nəzərdə tutulur-red.) bəzi oyunlardan qabaq futbolçularla görüşü, hansı ki, bu mövsüm futbolçularla bu cür görüşlər tez-tez keçirilirdi. Orxan müəllimin futbolçularla görüşü əlavə motivasiya idi. Onun görüşlərdə səsləndirdiyi fikirlər, verdiyi motivasiya ertəsi günü komandanın qələbə qazanmasına gətirib çıxarırdı. Bu, bir daha onu göstərir ki, rəhbərlik komandanın yanındadır və daim futbolçulara inamını nümayiş etdirir. Eləcə də Rəşad Sadıqovun işi ortada idi. Bəzən "Zirə"nin uğurlu çıxışının müvəqqəti olduğu, tezliklə aşağı pillələrə yuvarlanacağı barədə fikirlər səslənirdi. Amma görünən o oldu ki, biz cari mövsümdə haqq etdiyimiz ikinci pilləyə sahib çıxdıq.


 

- Komandanın daha çox müdafiə futbolu oynadığını deyənlər heç də az deyil...

- Mən deməzdim ki, "Zirə" hücum futbolu oynamır. Ola bilər realizə aşağıdır. Yaxud hansısa oyunlarda qol vurduqdan sonra nəticə qane edib deyə, komanda əsas müdafiəyə diqqət edib ki, lazım olan 3 xalı götürsün.

 

- Avroliqa öncəsi məhsuldarlığın artırılması üçün hücum xəttinin, ümumilikdə heyətin gücləndirilməsi nəzərdə tutulub?
- Bilirsiniz ki, mövsüm hələ bizim üçün bitməyib. Qarşıda kubokun finalı var. Ona görə indidən bu barədə danışmaq hələ tezdir. Final matçından sonra rəhbərlik, məşqçi heyəti birgə müzakirə aparıb, heyətin gücləndirilməsi yönündə lazımi addımları atacağıq.

 

- Kubokun finalından söz düşmüşkən, şansları necə dəyərləndirirsiz?
- 2 il əvvəl finalda "Qarabağ"a penaltilər seriyasında uduzmuşduq. Bu dəfə şansları bərabər sayıram. Çünki kubok çempionat deyil və burada hər şey tam fərqli ola bilər. Rəhbərlik olaraq komandamıza inanırıq. Bu mövsüm kuboku qazanmaq şansımız çoxdur. "Zirə" çempionatın son turlarında inamlı təsir bağışladı. Həmin performansı finalda da göstərsək, kuboku əldə etmək olar.

 

- "Zirə" mövsümü ikinci pillədə başa vurmaqla avrokuboklara getmək baxımından kubokun finalını formallığa çevirdi. Çünki gümüş medalı qazanmaqla finalın nəticəsindən asılı olmayaraq komandanız Avropa Liqasına artıq vəsiqə qazanıb. Bu məqam finalda "Zirə"nin daha rahat oynamasına, futbolçuların gərginlik yaşamamasına səbəb olacaq?
- Məncə, ümumiyyətlə rahatlanmaq olmaz. Çünki bu, kubokun finalıdır. Ortada bizim heç vaxt qazana bilmədiyimiz titul var. Bu, kuboku qazanmağımız üçün gözəl bir şansdır. Ona görə düşünürəm ki, məşqçi heyəti də, futbolçular da əllərindən gələni edəcəklər ki, bu şansı əldən verməsinlər. Bu, tarixdir, ilk dəfə qazanılan uğur tarixə düşür. İlk həmişə şirin olur.

 

- Digər klublar bir neçə uğursuz oyun keçirdikdən sonra baş məşqçinin gedişi barədə mətbuatda xəbərlər yayılır. Lakin "Zirə" bu baxımdan istisna təşkil edir. Komanda bir ara uğursuzluq zolağına düşsə də, rəhbərliyin baş məşqçi ilə bağlı hər hansı bir narazılığına rast gəlmədik. Bu baxımdan demək olar ki, klub rəhbərliyinin Rəşad Sadıqova olan inamı özünü doğrultdu?
- Rəşad Sadıqovla 4 ildir çalışırıq. Bu müddət ərzində mətbuatda bir dəfə də olsun bizim baş məşqçini dəyişmək istəməyimiz barədə xəbər yer almayıb. Komandada eniş yaşandığı dövrdə belə. Bizim Rəşad Sadıqova inamımız sonsuzdur. Ona inanırıq, həmişə də inanmışıq. İnamımızın bariz nümunəsi olaraq komanda bu gün ölkə çempionatında gümüş medalın sahibidir. Düşünürəm ki, kuboku da götürsək, bu həm bizim üçün, həm Rəşad Sadıqov üçün gözəl nəticə olar.

 

- Son zamanlar tez-tez mətbuatda Rəşad Sadıqovun "Neftçi"nin yeni baş məşqçisi olacağı barədə xəbərlər yayılır. İstərdik bu məsələyə də aydınlıq gətirəsiz...
- Bizim bu barədə Rəşad Sadıqovla hər hansı söhbətimiz olmayıb. Hətta bilmirəm ki, bu xəbərlər həqiqətdir, ya yox. Düşünürəm ki, belə bir şey olsa belə, bu, kubokun finalından sonra müzakirə ediləcək məsələdir. Bu ana qədər mənim bu barədə hər hansı bir məlumatım yoxdur, Rəşad Sadıqovla da hər hansı söhbətimiz olmayıb. Bildiyim qədər özünə bu yaxınlarda bu barədə sual verilmişdi. O isə bildirmişdi ki, "Mənim planlarım "Zirə" ilə bağlıdır".

 

- "Zirə"nin Avroliqadakı potensial rəqibləri məlumdur: "Şerif", "Maribor", "Tobol", "Visla", "Pafos" və "Pakş". Bu rəqiblərdən hansı "Zirə" üçün qorxulu və ya hansı daha münasibdir?
- Heç biri (gülür). Düşünürəm ki, hamısı eyni səviyyədə güclü rəqiblərdir. Bu siyahıda asan rəqib yoxdur. Qismət. Hansı ilə xeyirlisidirsə, onunla da düşək. Bu turnirə vəsiqə qazanıblarsa, deməli, hər biri güclüdür.

 

- Yəqin razılaşarsınız ki, uğur qazanmaqda maliyyə amili böyük rol oynayır. Cari mövsümdəki uğurlu çıxış yeni mövsümdə klubun büdcəsinin, iddiasının artırılmasına səbəb ola bilər?
- Bu barədə danışıqlar gedir, hər şey ola bilər. Bu məsələ rəhbərliyin sponsorlarla danışığından, özümüzün ayıra biləcəyi məbləğdən asılıdır. İndidən konkret fikir bildirmək bir qədər çətindir. Əlbəttə, hər bir klub rəhbəri, başda Orxan müəllim olmaqla komandanın güclənməsini istəyir. Əmin ola bilərsiniz ki, bu istək bizdə çox böyükdür. Sadəcə, özünüz də bilirsiniz ki, hər bir klubda çətinliklər olduğu kimi, bəzən biz də müəyyən maliyyə çətinlikləri yaşanır. Kluba pul ayrılmasını təmin etmək çətin məsələdir, lakin üzərində daim işləyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Oxşar xəbərlər