top
Superliqa: Trabzonspor son dəqiqədə qələbəni əldən verdi, Beşiktaş səfərdə məğlub oldu, Kasımpaşa qalib gəldi Idman.biz
19 aprel 2026, 23:38
- +

Superliqa: "Trabzonspor" son dəqiqədə qələbəni əldən verdi, "Beşiktaş" səfərdə məğlub oldu, "Kasımpaşa" qalib gəldi

"Trabzonspor" Türkiyə Superliqasının 30-cu turu çərçivəsində öz meydanında "Başakşehir"i qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan matçın 73-cü dəqiqəsində Felipe Auqusto meydan sahiblərini hesabda irəli çıxarıb. Qələbəyə çox yaxın olan Trabzon təmsilçisi 90+3-cü dəqiqədə Davi Selkenin vurduğu qola mane ola bilməyib və meydandan bir xalla ayrılmalı olub.

Bu nəticədən sonra xallarını 65-ə yüksəldən "Trabzonspor"un lider "Qalatasaray"la arasındakı xal fərqi altıya çıxıb. "Başakşehir" isə xal ehtiyatını 48-ə çatdırıb.

Qeyd edək ki, "Trabzonspor" həftə içi, cümə axşamı günü Türkiyə Kuboku matçında "Samsunspor"un qonağı olacaq. Liqanın növbəti turunda isə komanda səfərdə "Konyaspor"la qarşılaşacaq.

20:31

"Beşiktaş" Türkiyə Superliqasının 30-cu turunda səfərdə "Samsunspor"a 1:2 hesabı ilə məğlub olub. Qarşılaşma meydan sahiblərinin tarixi qələbəsi ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, ilk hissəsi qolsuz başa çatan matçın taleyi ikinci hissənin əvvəlində cəmi beş dəqiqə ərzində həll olunub. 50-ci dəqiqədə Holse hesabı açıb, 55-ci dəqiqədə isə Kulibali möhtəşəm zərbə ilə fərqi ikiyə çatdırıb. "Beşiktaş" yalnız 89-cu dəqiqədə Kristyan Asllaninin penaltidən vurduğu qolla fərqi azaltsa da, məğlubiyyətdən qaçmaq mümkün olmayıb.

Bu qələbə ilə xallarını 42-yə yüksəldən "Samsunspor" (7) Superliqada 2001-ci ilin oktyabrından bəri "Beşiktaş" üzərində ilk ev qələbəsini qazanıb. 55 xalda qalan "Beşiktaş" (4) isə növbəti turda "Fatih Karagümrük"ü qəbul edəcək.

19:39

Türkiyə Superliqasının 30-cu turunda "Kasımpaşa" öz meydanında "Alanyaspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın taleyini həll edən yeganə qol 60-cı dəqiqədə vurulub. İrfan Can Kahveçi künc zərbəsindən birbaşa zərbə ilə topu uzaq küncdən ağlara göndərərək komandasına üç xal qazandırıb.

Bu qələbə ilə xallarını 31-ə çatdıran "Kasımpaşa" elitada qalmaq yolunda mühüm addım ataraq təhlükəli zonadan uzaqlaşıb. "Alanyaspor" isə 33 xalda qalıb.

Növbəti turda "Kasımpaşa" səfərdə "Başakşəhər"in qonağı olacaq, "Alanyaspor" isə "Samsunspor"u sınağa çəkəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Bu gün, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Bu gün, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Bu gün, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
Dünən, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
Dünən, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
Dünən, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
Dünən, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
Dünən, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
Dünən, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
Dünən, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
Dünən, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
Dünən, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
Dünən, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
Dünən, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
Dünən, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
Dünən, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Basketbol
Dünən, 14:10

“Sumqayıt” basketbol klubunun yeni məşqçi heyəti açıqlanıb

Qarabağ FK
Dünən, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Dünən, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Minifutbol
Dünən, 09:36

AFFA futzal üzrə seçki məşqlərini 24‑26 sentyabr tarixlərində “Olimpik Star” idman kompleksində keçirəcək

Futbol
Dünən, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
21 sentyabr 2026, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
21 sentyabr 2026, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Oxşar xəbərlər