top
Superliqa: Kocaelispor və Göztepe heç-heçə etdi, Eyüpspor səfərdə Fatih Karagümrükü məğlub etdi Idman.biz
18 aprel 2026, 20:25
- ↺ +

Superliqa: "Kocaelispor" və "Göztepe" heç-heçə etdi, "Eyüpspor" səfərdə "Fatih Karagümrük"ü məğlub etdi

Türkiyə Superliqasının 30-cu turu çərçivəsində "Kocaelispor" öz meydanında "Göztepe"ni qəbul edib. Gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar artıq üçüncü dəqiqədə Janderzonun qolu ilə önə keçiblər. Oyunun böyük hissəsini üstünlüklə davam etdirən "Göztepe" son dəqiqələrdə qələbəni əldən verib. Meydan sahibləri 77-ci dəqiqədə Şounun ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alması ilə azlıqda qalsalar da, təslim olmayıblar. Qarşılaşmanın uzatma dəqiqələrində qazanılan penaltini Serdar Dursun 90+8-ci dəqiqədə dəqiq yerinə yetirərək komandasına bir xal qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran "Göztepe" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qələbə həsrəti beş oyuna çatan "Kocaelispor" isə 36 xala yüksəlib.

Növbəti turda "Kocaelispor" səfərdə "Gənclərbirliyi"nin qonağı olacaq. "Göztepe" isə öz meydanında "Antalyaspor"u sınağa çəkəcək.

18:07

Türkiyə Superliqasının 30-cu turunda autsayderlər qrupunda yer alan "Fatih Karagümrük" və "Eyüpspor" qarşılaşıb. Matçda qonaqlar geridönüş edərək 2:1 hesablı qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə hesabı 16-cı dəqiqədə Serjinyo ilə meydan sahibləri açıblar. Lakin "Eyüpspor" birinci hissənin sonlarına yaxın vəziyyəti dəyişməyi bacarıb. 39-cu dəqiqədə Matias Kranevitter topu öz qapısına göndərib, 44-cü dəqiqədə isə Mateuş Leqovski qonaqları önə çıxarıb.

Qarşılaşmanın 78-ci dəqiqəsində "Eyüpspor"un futbolçusu Anıl Yaşar VAR baxışından sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, hesab dəyişməyib.

Bu nəticə ilə altı oyundan sonra qələbə qazanan "Eyüpspor" xallarını 25-ə yüksəldərək liqada qalmaq ümidlərini artırıb. Öz meydanında dörd matçlıq məğlubiyyətsizlik seriyası qırılan "Fatih Karagümrük" isə 20 xalla ağır vəziyyətdə qalıb.

Növbəti turda "Eyüpspor" "Qaziantep"i qəbul edəcək, "Fatih Karagümrük" isə "Beşiktaş"ın qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Oxşar xəbərlər