top
Superliqa: Autsayderlərin Elitada Qalmaq Uğrunda Mübarizəsi Gərginləşir Idman.biz
03 may 2026, 23:39
- ↺ +

Superliqa: Autsayderlərin Elitada Qalmaq Uğrunda Mübarizəsi Gərginləşir

Türkiyə Superliqasında 32-ci turun oyunları başa çatıb. Autsayderlər qrupunda yer alan komandaların qarşılaşmaları elitada qalmaq mübarizəsini daha da gərginləşdirib.

İdman.Biz xəbər verir ki, "Kasımpaşa" öz meydanında "Kocaelispor" ilə 1:1 hesablı heç-heçə edərək mühüm xal qazanıb. Matçın ikinci dəqiqəsində Adrian Benediçak meydan sahiblərini önə keçirsə də, 23-cü dəqiqədə Den Acye hesabı bərabərləşdirib.

Bu nəticə ilə xallarını 32-yə çatdıran "Kasımpaşa" düşmə zonasından dörd xal uzaqlaşıb. Komanda növbəti turda "Gənclərbirliyi" ilə oyunda bir xal alacağı təqdirdə Superliqada qalmağı təmin edəcək.

Turun digər kritik matçında "Kayserispor" və "Eyüpspor" qalib ola bilməyiblər - 1:1. Qarşılaşmanın dördüncü dəqiqəsində Lukkas Klaronun qolu ilə hesabda geri düşən kayserililər 60-cı dəqiqədə İndrit Tuçinin sayəsində tarazlığı bərpa ediblər. Qeyd edək ki, "Kayserispor"un Fedor Çalovla vurduğu qol VAR araşdırmasından sonra ofsayd səbəbindən ləğv edilib.

Hazırda "Eyüpspor" 29 xalla təhlükəli zonadan cəmi bir xal yuxarıda, "Kayserispor" isə 27 xalla düşmə zonasında qərarlaşıb.

Günün daha bir nəticəsi "Fatih Karagümrük" və "Gənclərbirliyi" oyununda qeydə alınıb. Turnir cədvəlinin sonuncu pilləsində olan İstanbul təmsilçisi Tiago Çukurun 17-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanaraq ümidlərini qoruyub. Volkan Demirelin baş məşqçisi olduğu "Gənclərbirliyi" isə bu məğlubiyyətdən sonra 28 xalla aşağı liqaya düşmə zonasına geriləyib.

Nəhayət, turun dördüncü qarşılaşmasında "Antalyaspor" öz meydanında "Alanyaspor"u qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada hesab açılmayıb. Oyunun birinci hissəsində hər iki komandanın fərqlənmək üçün imkanları olsa da, tərəflər fasiləyə qolsuz yollanıblar. Matçın 63-cü dəqiqəsində Limanın baş zərbəsindən sonra top tora daxil olsa da, baş hakim Atilla Karaoğlan VAR sistemindəki baxışdan sonra faul səbəbindən qolu ləğv edib və oyun 0:0 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra 29 xalı olan "Antalyaspor" da aşağı liqaya düşmə həddindən bir xal yuxarıda qərar tutub. "Alanyaspor" isə 34 xalla 14-cüdür.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 15:00

FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

Minifutbol
Bu gün, 15:00

“Komandanı tam yeniləmişik, uzunmüddətli planın təməlini qoymuşuq”

Futbol
Bu gün, 15:00

Alonso ilə bağlı qərar verildi

Futbol
Bu gün, 14:57

Çində Ronaldonun muzeyinin filialı açıldı

Formula 1
Bu gün, 14:57

Ferrari komandasında Hamilton və Lekler arasında gərginlik artır

Futbol
Bu gün, 14:50

“Milan” "Real"ın futbolçusu Endrik üçün rəsmi təklif göndərib

Futbol
Bu gün, 14:50

“Sabah” – “Barselona” oyununa görə rejim dəyişdi

Futbol
Bu gün, 14:48

“Barselona” və “Sabah”ın sabiq futbolçusu: “İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar” - MÜSAHİBƏ + FOTO

Futbol
Bu gün, 14:41

Asim Xudiyevə UEFA Gənclər Liqasının oyununda hakim‑inspektor təyinatı

Futbol
Bu gün, 14:41

“Sabah”ın futbolçusu: “Kunde və Rafinya ilə danışmaq istərdim” - VİDEO

Futbol
Bu gün, 14:40

İtaliyada həvəskar futbol matçı bıçaqla hədə-qorxu səbəbindən dayandırıldı

Futbol
Bu gün, 14:40

“Benfika”nın futbolçusu PSJ-yə “yox” dedi

Futbol
Bu gün, 14:35

APL Fantasy-də 12-ci turun qalibi müəyyənləşib

Futbol
Bu gün, 14:30

Bayernin baş direktoru Musialanın bərpası üçün zaman vermələri gerektiğini bildirib

Futbol
Bu gün, 14:27

“Sabah”ın Barselona ilə qarşılaşması üçün Bakı metrosunun iş saatı uzadılacaq

Futbol
Bu gün, 14:20

“Real”da yeni müqavilə hazırlığı

Futbol
Bu gün, 14:18

“Soyadım yazılmış “Levski” forması mənim üçün sürpriz oldu” - Boris Xetaqurovun İDMAN.BİZ-Ə MÜSAHİBƏSİ - FOTO

Futbol
Bu gün, 14:14

1-ci liqada həftənin hakimləri məlum oldu

Futbol
Bu gün, 14:10

Vəli Qasımov: Yamalın gəlməməsi çox pis oldu - MÜSAHİBƏ

Şahmat
Bu gün, 14:07

“Babam çempion olmağımı arzulayırdı, görə bilmədi” - Avropanı fəth edən Nərminlə MÜSAHİBƏ

Oxşar xəbərlər