Misli Premyer Liqasının VIII turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası "Karvan-Yevlax"ı qonaq edir.
Mövsümə uğurlu start verən "kimyaçılar" son 3 oyunda qələbə üzünə həsrət qalıb. Ötən tur "doğma divarlar" arasında "Turan Tovuz"a böyük hesabla uduzan Saşa İliçin komandası elitanın debütantı ilə görüşdə qələbə qazanıb azarkeşlərinin könlünü almağa çalışacaq. Heç şübhəsiz ki, qonaqlar da təhlükəli zonadan uzaqlaşmaq üçün səfərdən xalnan qayıtmağı hədəfləyib.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VIII tur
18:00. "Sumqayıt" - "Karvan-Yevlax" 1:1 (Birinci hissə)
Qol: Ronaldo Vaskez, 12, Coy Sleyd Mikels, 43
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
"Sumqayıt": 1. Mehdi Cənnətov (k) 6. Rauf Rüstəmli 75. Nadir Orucov 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə 21. Nihad Əhmədzadə 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 20. Coy Sleyd Mikels 2. Şakil Sno 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kinqs 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 7. Araz Abdullayev 32. Elvin Yunuszadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 11. Kayl Spens 37. Mois Nqvisani 10. Samuel Durrant
Baş məşqçi: Azər Həşimov