Sumqayıt" FK ilə futbolçu Kamran Quliyev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İdman.biz bildirir ki, 25 yaşlı futbolçu 2023-cü ildən klubda çıxış edib. Hesabında 35 oyun və 4 qol var.
Quliyev daha əvvəl "Şamaxı" və "Sabah" klublarının şərəfini qoruyub.
İdman.biz