"Sumqayıt" - "Qarabağ" oyununda hesab yenə dəyişib.
İdman.Biz bildirir ki, 76-cı dəqiqədə Rüstəm Əhmədzadə sumqayıtlıların ikinci qolunu vurub - 2:3.
20:53
"Sumqayıt" - "Qarabağ" oyununda hesab yenə dəyişib.
İdman.Biz bildirir ki, 64-cü dəqiqədə Ramil Şeydayev oyunda ikinci qolunu vurub - 1:3.
20:42
"Sumqayıt" - "Qarabağ" oyununda hesab dəyişib.
İdman.Biz bildirir ki, 53-cü dəqiqədə Səbuhi Abdullazadə Sumqayıt klubunun heyətində fərqlənib - 1:2.
20:34
"Sumqayıt" - "Qarabağ" oyununda ikinci yarı başlayıb.
İdman.Biz bildirir ki, ilk hissədən sonra Ağdam təmsilçisi irəlidədir - 2:0.
20:17
"Sumqayıt" - "Qarabağ" oyununda ilk yarı bitib.
İdman.Biz bildirir ki, ilk hissədən sonra Ağdam təmsilçisi irəlidədir - 2:0.
19:54
"Sumqayıt" - "Qarabağ" oyununda hesab dəyişib.
İdman.Biz bildirir ki, 21-ci dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Emmanuel Addai fərqlənib - 0:2.
19:34
"Sumqayıt" - "Qarabağ" oyununda hesab açılıb.
İdman.Biz bildirir ki, 3-cü dəqiqədə Ağdam təmsilçisinin oyunçusu Ramil Şeydayev fərqlənib - 0:1.
19:30
Misli Premyer Liqasının sonuncu - 33-cü turunda "Sumqayıt" "Qarabağ"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.
18:40
"Sumqayıt" Misli Premyer Liqasının sonuncu - 33-cü turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qarabağ"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 19:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Sumqayıt": 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Aleksandr Ramalinqom 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 95. Nsana Simon
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 10. Nikola Ninkoviç 11. Aleksa Yankoviç
Baş məşqçi: Saşa İliç
"Qarabağ": 89. Amin Ramazanov 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 80. Bəhruz Qurbanlı 32. Hikmət Cəbrayılzadə 82. Məhəmməd İmaməliyev 8. Marko Yankoviç 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev 97. Fabian Buntiç 13. Bəhlul Mustafazadə 66. Hacı İbrahim 76. Nicat Xasıyev 74. Səbuhi Niftiyev 47. Mehdi Mütəllimli
Baş məşqçi: Qurban Qurbanov
09:37
Bu gün futbol üzrə Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçiriləcək ikinci oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Sumqayıt" və "Qarabağ" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 19:30-da start götürəcək qarşılaşmanı Elvin Bayramov idarə edəcək.
"Sumqayıt" 41 xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. 66 xala malik "Qarabağ" isə ikincidir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
22 may (cümə)
19.30. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihad Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
M.H. Sumqayıt ş. st.
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.